Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Cəmiyyətin fəaliyyət növünə uyğun olan tenderləri müəyyən edir və struktur bölmə rəhbərinə məlumat verir.
- Tender üzrə tələb olunan sənədlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanunvericiliyinə uyğun hazırlanmasını təmin edir.
- Müəyyən edilmiş son tarixlərə ciddi şəkildə əməl olunmasına nəzarət edir.
- Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmalar aparır.
- Tender proseslərinə aid olan müqavilə, təqdimat, akt, protokol və digər sənədləri hazırlayır.
- Müəyyən edilmiş hesabatların hazırlanmasını və aidiyyəti üzrə vaxtında təqdim olunmasını təmin edir.
- Tenderin icrası ilə bağlı tələb olunan əlavələri və düzəlişləri vaxtında hazırlayır.
- Tender prosesində əsas şərtlər toplusunun tələbinə uyğun sənədlərlə bağlı yaranan suallara cavab verir və sorğuları cavablandırır.
- Tenderin icra vəziyyəti ilə bağlı struktur bölmə rəhbərini mütəmadi olaraq məlumatlandırır, problemlər yarandıqda dərhal xəbər verir.
- Tender sənədlərinin tamlığını, düzgünlüyünü və vaxtında təqdim olunmasını nəzarətdə saxlayır, sənədlərin arxivləşdirilməsi, elektron və fiziki bazada saxlanması prosesini həyata keçirir.
- Tenderlərlə bağlı daxil olan rəy və təklifləri toplayır və düzgün qərarların verilməsi üçün struktur bölmə rəhbərinə təqdim edir.
- Rəhbərliyin vəzifənin tələbi üzrə verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir.
- Əsas şərtlər toplusunun analizini aparır.
Namizədə dair tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunu üzrə yüksək səviyyədə bilik.
- Satınalan və podratçı tərəflər üzrə nəzəri və praktiki bilik və bacarıqlar.
- Ehtimal olunan qiymətlərin və iş həcmləri cədvəllərinin hazırlanması bacarığı.
- Azərbaycan dilində sərbəst danışıq, oxu və yazı bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür.
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı.
- CRM (Bitrix24) və 1C proqramlarında iş təcrübəsi.
- Güclü ünsiyyət və təqdimat bacarıqları.
- Tapşırıqları düzgün prioritetləşdirmə və problemlərin effektiv həlli bacarığı.
Əlavə məlumat:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.