Şirkətimizə sosial media və reklam materialları üzrə çalışacaq, kreativ baxışa sahib Qrafik Dizayner / Motion Designer axtarılır.
Vəzifə öhdəlikləri:
- Sosial media postları üzrə qrafik və motion dizaynların hazırlanması
- Sosial media şəbəkələri üçün digital postların və digər vizual məzmunların dizayn edilməsi
- Daim yenilənən dizayn trendlərinin izlənilməsi və gündəlik işlərdə tətbiqi
- Reklam və mətbəə məhsullarının (banner, poster, flayer və s.) dizayn edilməsi və çapa göndərilməsi
- Google axtarış platforması üçün RTB bannerlərin hazırlanması
- Gündəlik verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil
- Xanım namizədlərə üstünlük veriləcəkdir.
- Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi
- Azərbaycan dili — əla səviyyədə, İngilis dili — arzuolunandır
- Adobe Illustrator, CorelDraw, Adobe Photoshop proqramlarını bilməli
- Yüksək dizayn zövqü və yaradıcı düşünmə qabiliyyəti
- Məsuliyyətli, diqqətli və işgüzar olmalı
- Ünsiyyətcil və komandada işləmək bacarığı
- Stressə davamlılıq
- Nizam-intizamlı və məsuliyyətli yanaşma
- Portfolio mütləqdir
İş şəraiti:
- İş yeri: Bakıxanov Mall
- Əmək haqqı: Müsahibə yolu ilə
- İş qrafiki: növbəli (6 günlük və həftəsonları işdə olamlıdır)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "Qrafik Dizayner" başlığı yazmaqla göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.