Bakı şəhərinin Zirə qəsəbəsində yerləşən "BAKU AGROPARK" MMC-yə Sürücü axtarılır.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş vaxtı: I-V günlər, saat 08:00-16:00, VI günlər 08:00-14:00;
- İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 800 AZN (NET).
Tələblər:
- Yaş həddi: 30-50 yaş;
- Minimum 3 illik müvafiq iş təcrübəsi;
- BC kateqoriyalı sürücülük vəsiqəsi;
- Yol hərəkəti qaydalarını dərindən bilmək
- Punktual,məsuliyyətli, intizamlı və diqqətli olmaq
- Dürüst, etibarlı və işinə qarşı məsuliyyətli yanaşma
- Verilən tapşırıqları düzgün anlamaq bacarığı
- Səliqəli və etik davranış qaydalarına riayət edən
- Məxfi məlumatların qorunmasına riayət edən
- Əvvəlki iş yerlərindən müsbət rəy (referans) təqdim edə bilməsi üstünlükdür .
Vəzifə öhdəlikləri:
- Avtonəqliyyat vasitəsinin fasiləsiz.qəzasız,yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək və avtomobili idarə etmək;
- İşçilərin, rəhbərliyin və ya təyinatlı şəxslərin daşınmasını həyata keçirmək
- Avtonəqliyyat vasitəsinin təmiri və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
- Sərnişini təyin edilmiş obyektə çatdırmaq üçün öncədən zamanı düzgün proqnozlaşdırmaq və yol vəziyyətini düzgün analiz etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq icra etmək
- Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət etmək
- Avtomobilin saz vəziyyətdə saxlanmasını təmin etmək
- Yanacaq sərfiyyatına nəzarət etmək və qənaətli istifadəni təmin etmək
- Nəqliyyat vasitəsinin təmizliyini və səliqəsini qorumaq
- Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarına riayət yetirmək;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Sürücü” qeyd edərək CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.