B Baku Aqro AZ MMC
  • 405

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 21 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Baku Aqro Az” MMC istixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəsi olan namizədləri Mühasib vəzifəsinə dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
  • İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi;
  • Məhsul istehsalı, yığımı, satışı və material sərfiyyatı üzrə uçotun aparılması;
  • İstixana və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı xərclərin, gəlirlərin və məhsul qalıqlarının uçotuna nəzarət;
  • Anbar əməliyyatlarının, materialların mədaxil və məxaricinin uçotunun aparılması;
  • Əməkhaqqı hesablamalarının və bank əməliyyatlarının həyata keçirilməsi;
  • Vergi və digər maliyyə hesabatlarının hazırlanmasında iştirak;
  • Debitor və kreditor borclarının izlənilməsi və müvafiq hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • İstixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəyə üstünlük verilir;
  • Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər;
  • 1C və MS Excel proqramlarında işləmək bacarığı;
  • Məhsul, material, anbar və istehsal xərclərinin uçotu üzrə biliklər;
  • Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti.

İş şəraiti:

  • İşəgötürən: “Baku Aqro Az” MMC
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
  • Rəsmi əmək müqaviləsi və peşəkar iş mühiti.

Müraciət etmək istəyənlər  CV-ni “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily89
  • Weekly421
  • Monthly1839