Vəzifə öhdəlikləri:
- Avtobusların gündəlik, həftəlik və planlı texniki baxış proseslərinə nəzarət etmək
- Texniki xidmət qrafiklərinin hazırlanmasını və icrasını izləmək
- Nasaz nəqliyyat vasitələrinin diaqnostikasını və təmir prosesini koordinasiya etmək
- Təmir sonrası avtobusların texniki sazlığını yoxlamaq
- Texniki cəhətdən yararsız nəqliyyat vasitələrinin xəttə çıxışının qarşısını almaq
- Texniki baxım jurnalları və təmir aktlarının aparılmasını təmin etmək
- Nasazlıqlarla bağlı statistik hesabatlar hazırlamaq
- Ehtiyat hissələrinin istifadəsinə və texniki xidmət tarixçəsinə nəzarət etmək
- Mexanik, çilingər, elektrik ustası və digər texniki heyətin işini koordinasiya etmək
- Təkrarlanan nasazlıqları analiz edərək profilaktik tədbirlər təklif etmək
- Texniki maye və ehtiyat hissələrinin mövcudluğunu izləmək
- Avtobusların istismar müddətinin artırılması ilə bağlı texniki təkliflər vermək
Tələblər:
- Ali və ya orta ixtisas texniki təhsil
- Avtonəqliyyat sahəsində minimum 1–3 il iş təcrübəsi
- Texniki baxım və təmir üzrə praktiki biliklər
- MS Office və texniki idarəetmə proqramlarında işləmək bacarığı
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü
- İş saatı: 09:00 – 18:00
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını “Baxım nəzarətçisi” olaraq qeyd etməyiniz xahiş olunur.