Vəzifə öhdəlikləri:
- Mülki, əmək, korporativ və inzibati hüquq sahələri üzrə qanunvericiliyi yüksək səviyyədə bilmək və tətbiq etmək;
- Cəmiyyətin hüquqi maraqlarını qorumaq məqsədilə hüquqi sənədləri hazırlamaq, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəsmiləşdirmək;
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək, qanunvericiliyə uyğunluğunu qiymətləndirərək rəy vermək;
- Rəhbərlik və digər struktur bölmələr tərəfindən daxil olan hüquqi sorğuları cavablandırmaq və məsləhətlər vermək;
- Daxili normativ sənədlərin (qayda, təlimat, prosedur və s.) hazırlanmasında iştirak etmək;
- Hüquqi fəaliyyətlə bağlı gördüyü işlər üzrə mütəmadi hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Hüquqşünaslıq fəaliyyəti çərçivəsində verilən tapşırıqları yerinə yetirmək;
- Cəmiyyətin fəaliyyətində gələcəkdə yarana bilən hüquqi risklərin müəyyən edilməsi və qarşısının alınması ilə bağlı tədbirlər təklif etmək;
- Zərurət olduqda aidiyyəti dövlət orqanları və hüquqi şəxslərlə yazışmalar aparmaq və şirkəti təmsil etmək.
Vəzifə tələbləri:
- Ali təhsil (Hüquqşünas);
- 35 - 50 yaş arası namizədlər;
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
- Dil bilikləri: Rus və ingilis dili arzuolunandır;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Analitik düşünmə və təhlil etmə bacarığı;
- Peşəkar yanaşma və nəticəyönümlü fəaliyyət;
- Yüksək yazılı və şifahi ifadə bacarığı;
- Müstəqil və komanda ilə işləmə bacarığı;
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş günləri: 5 gün;
- İş vaxtı: 09.00-18.00;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.