Kibertəhlükəsizlik üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kibertəhlükəsizlik üzrə mütəxəssis

  • Deadline 20 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Kibertəhlükəsizlik fəaliyyət planlarının daxili və qrup siyasətlərinə uyğun icrasını təmin etmək;
  • Təhlükəsizlik standartlarının, prosedurlarının və qaydalarının hazırlanmasında iştirak etmək:
  • Daxili təhlükəsizlik sistemlərinin monitorinqi və texniki dəstəyi;
  • Kibertəhlükəsizliklə bağlı hesabat və analitik göstəricilərin hazırlanması;
  • SOC ilə bağlı sorğular və hadisə eskalasiyaları üzrə L2 əlaqə nöqtəsi kimi fəaliyyət göstərmək;
  • Təhlükə,təhdid və zəifliklərin idarə olunması, təhlili və qarşı tədbirlərin görülməsi;
  • SOC komandası ilə birgə xəbərdarlıqların analizi, triage və respond tədbirlərini həyata keçirmək;
  • Sistemlərdə və şəbəkələrdə zəiflikləri aşkarlamaq, qiymətləndirmək və aradan qaldırılması üçün tədbirlər görmək;
  • Daxili komandalarla əməkdaşlıq edərək zəifliklərin vaxtında aradan qaldırılmasını təmin etmək;
  • Təhlükəsizlik araşdırmaları zamanı İT və digər departamentlərlə birgə işləmək;
  • Hadisə reaksiyası proseslərində iştirak: sənədləşmə, təsir analizi, bərpa tədbirləri;
  • Daxili və xarici təhlükəsizlik uyğunluğu proseslərinə dəstək;

Tələblər:

  • İnformasiya Texnologiyaları, Kompüter elmləri, Kibertəhlükəsizlik və ya oxşar sahədə bakalavr dərəcəsi;
  • Kibertəhlükəsizlik sahəsində minimum 2 il peşəkar təcrübə;
  • ISO 27001, NIST və digər təhlükəsizlik çərçivələri haqqında əsaslı biliklər;
  • SOC mühitində və SIEM alətləri ilə işləmə təcrübəsi;
  • Zəifliklərin skan edilməsi və risklərin aradan qaldırılması üzrə təcrübə;
  • Kommunikasiya bacarıqları və funksional komandalarla əməkdaşlıq etmə qabiliyyəti;
  • CompTIA Security+, CEH və ya ekvivalent beynəlxalq sertifikatlar üstünlükdür;

İş şəraiti:

  • İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
  • İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
  • İş yeri: Bakı şəhəri
  • Təlim və inkişaf imkanları.
  • Professional və maddi artım üçün perspektiv
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini[email protected]elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını (Kibertəhlükəsizlik üzrə mütəxəssis) email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly591
  • Monthly1840