Vəzifə öhdəlikləri:
- Lokal şəbəkənin (LAN) idarə olunması, optimallaşdırılması və genişləndirilməsi
- Cisco, HP/HPE, FortiSwitch və TP-Link şəbəkə avadanlıqlarının idarə olunması
- VLAN-ların yaradılması, port təhlükəsizliyinin təmin edilməsi, Trunk və Access konfiqurasiyalarının aparılması
- Şəbəkə topologiyasının hazırlanması, sənədləşdirilməsi və yenilənməsi
- Service Desk, SOC və digər komandalarla əməkdaşlıq edərək daxil olan müraciətlərin icrası və problemlərin operativ həlli
- Şəbəkə infrastrukturunun gündəlik və profilaktik dəstəklənməsi
- Şəbəkə monitorinqinin aparılması (Zabbix / PRTG)
- Firewall üzərində təhlükəsizlik siyasətlərinin, NAT, Routing və Virtual IP konfiqurasiyalarının icrası
- VPN (Site-to-Site, Remote Access) bağlantılarının qurulması və idarə olunması
Tələb olunan biliklər və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil
- Şəbəkə inzibatçılığı sahəsində minimum 1–3 il iş təcrübəsi
- TCP/IP, DNS, DHCP, VLAN, Routing, Switching və VPN texnologiyaları üzrə biliklər
- Cisco, HPE Aruba, FortiGate və TP-Link şəbəkə avadanlıqları ilə iş təcrübəsi
- Ubiquiti UniFi və HPE Aruba wireless texnologiyaları üzrə biliklər
- NGFW (Palo Alto / FortiGate) üzrə ilkin biliklər
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dili bilikləri arzuolunandır
Üstünlük veriləcək sertifikatlar:
- CCNA, NSE4
İş şəraiti:
- İş günləri: Həftənin 5 günü (İstirahət günləri: şənbə, bazar)
- İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
- İş yeri: Bakı şəhəri
- Peşəkar inkişaf üçün perspektiv
- Əmək haqqı müsahibə əsasında müəyyən edilir
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.