Vəzifə öhdəlikləri:
- Səhər çıxışı zamanı avtobusların xəttə saz, təmizlənmiş və yanacaqla doldurulmuş vəziyyətdə sürücüyə təhvil verilməsini təmin etmək;
- Xəttdən qayıdan avtobusların sürücülərdən təhvil alınması zamanı texniki baxış keçirmək, gündəlik yürüş məsafəsinin və aşkar olunan nasazlıqların qeydiyyatını aparmaq;
- Avtobuslarda aşkar olunmuş nasazlıqların səbəblərinin təhlil edilməsi və aidiyyatı üzrə təmir mərkəzinə yönləndirilməsi;
- Gündəlik gördüyü işlərin hesabatını hazırlayaraq aidiyyatı üzrə rəhbərinə təqdim etmək;
- Tabe olduğu rəhbər şəxslər tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;
Namizədə tələblər:
- Ali və orta ixtisas təhsil (Mexanika və ya Avtomobil nəqliyyatı üzrə);
- Müvafiq sahə üzrə 3 il staj;
- Avtobusların texniki quruluşu və istismar qaydaları haqqında biliklər;
- Növbəli iş qrafiki və gecə növbəsində işləmək;
- Stressə davamlı, gərgin iş rejimində işləməyi bacarmalı;
- Dəqiqlik ,dürüstlük və operativ qərarvermə bacarığı;
- İşçilərlə nəzakətli ünsiyyət;
- İş rejiminə və prosedurlarına riayət;
- Təşəbbüskarlıq və komandada işləmə bacarığı;
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş rejimi Növbəli;
- Peşəkar,mehriban komandada iş;
- Karyera yüksəlişi üçün perspektiv;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV və digər PDF sənədləri “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.