Satınalma mütəxəsisi - Nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin satın alınması üzrə/ (Bakı şəhəri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma mütəxəsisi - Nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin satın alınması üzrə/ (Bakı şəhəri)

  • Deadline 14 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin satınalma qaydalarına riayət etmək;
  • Avtobus parkında istifadə olunan bütün nəqliyyat vasitələrinin ehtiyat hissələri üzrə bazar araşdırmalarını (daxili və xarici) aparmaq;
  • Təchizatçılarla əməkdaşlıq etmək, qiymət təkliflərini toplamaq, müqayisəli təhlil hazırlamaq;
  • Müqavilələrin layihəsini hazırlamaq, aidiyyati struktur bölmə ilə razılaşdırmaq və rəhbərliyə təqdim etmək;
  • Satınalma prosesinin şəffaf və səmərəli həyata keçirilməsi üçün tender prosedurlarında iştirak etmək;
  • Ehtiyat hissələrinin texniki spesifikasiyalarının dəqiq hazırlanması üçün aidiyyati struktur bölmə ilə əməkdaşlıq etmək;
  • Ehtiyyat hissələrinin təhvil-təslim prosesini izləmək, keyfiyyətə və komplektasiyaya nəzarət etmək;
  • Gecikmələrin, keyfiyyətsizlik hallarının və uyğun olmayan məhsulların sənədləşdirilməsi və təchizatçıya bildirilərək həlli üzrə tədbirlər görmək;
  • Ehtiyat hissələri üzrə illik və aylıq satınalma planlarının icrasına nəzarət etmək;
  • Şirkət daxilində satınalmalar üzrə hesabatların hazırlanması (aylıq, rüblük, illik) ;
  • Satınalma prosesində xərclərin optimallaşdırılması üçün təkliflər hazırlamaq;
  • Təchizatçılarla müqavilələrin tərtibi, ödənişlərin icrasının izlənilməsi;
  • Vəzifə təlimatı üzrə rəhbərlik tərəfindən verilən qanuna uyğun digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, menecment və digər əlaqədar ixtisaslar)
  • Dövlət satınalmaları üzrə minimum 3 il iş təcrübəsi olmalı;
  • Məsuliyyətli, dəqiq və detallara fikir vermək qabiliyyəti;
  • MS Office proqramları (Excel,Word, Outlook proqramları ilə sərbəst işləmək bacarığı)
  • Nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin satın alınmasını üzrə təcrübəsinin olunması.
  • Azərbaycan dili sərbəst. İngilis dili bilməsi arzuolunandır.
  • Danışıqların yüksək səviyyədə aparılması, qarşılıqlı əlaqələrin qurulması və problemləri həll etmək bacarığı;
  • Effektiv şifahi və yazılı ünsiyyət bacarığı;
  • Komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

  • Daily72
  • Weekly470
  • Monthly1194