Vəzifə öhdəlikləri:
- Layihələr üzrə smetaların hazırlanması və yoxlanması.
- İş həcmi, əməkhaqqı, material və texnika xərclərinin hesablanması.
- Sənədlərin normativ bazaya uyğunluğunun təmin edilməsi.
- Dəyişiklik işləri və əlavə smetaların hazırlanması.
- Podratçılar və sifarişçilərlə smeta məsələləri üzrə koordinasiya.
- Tender üçün texniki-iqtisadi əsaslandırma və büdcə formalaşdırılması.
Tələblər:
- Ali təhsil (Tikinti mühəndisliyi, İqtisadiyyat, İnşaat texnologiyaları və ya əlaqəli sahələr).
- 1–3 il smeta tərtibatı, layihə-smeta sənədləşməsi və ya tikinti sahəsində iş təcrübəsi.
- Tender smetaları, iş həcmlərinin çıxarılması və büdcə hesablaması üzrə təcrübə üstünlükdür.
- Smeta proqramlarında sərbəst işləmək: (Grand Smeta, Smeta.RU, Turbosoft AUTOCAD, ARCHİCAD və s.)
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
- AR dövlət normativləri, vahid qiymətlər və təmir-tikinti normativlərinin yaxşı bilinməsi.
- Modul və obyekt smetalarının tərtibatı, iş həcmlərinin işçi layihələrdən çıxarılması.
- Tikinti materialları, avadanlıqlar və işlər üzrə cari bazar qiymətlərinin tanınması.
- Texniki şərtlər və layihə-smeta sənədlərinin oxunması və təhlili.
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.
- Smeta üzrə sertifikatların olması üstünlükdür.
İş şəraiti:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- İş yeri: “BakuBus” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.