Texnik (qaraj infrastrukturunun təmiri üzrə) vəzifəsinə işçi tələb olunur (Gəncə şəhəri)
Vəzifə öhdəlikləri:
- Ofis və inzibati binalarda quraşdırılmış avadanlıqların texniki vəziyyətinə nəzarət etmək;
- Lazım gəldikdə sadə texniki nasazlıqları yerində aradan qaldırmaq;
- Ərazidə yerləşən qazanxana, su anbarları və texniki binalara mütəmadi olaraq baxış keçirmək;
- Qazanxanada su və qaz təzyiqinə nəzarət etmək, sərfiyyatın gündəlik qeydiyyatını aparmaq və sabitliyini izləmək;
- Aşkar edilən nasazlıqları vaxtında rəhbərliyə bildirmək və onların aradan qaldırılmasına dair tədbirlər görmək;
- Gündəlik və aylıq texniki hesabatların hazırlanması, qeydiyyat formalarının düzgün və dəqiq doldurulması;
- Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına tam şəkildə riayət etmək.
Vəzifə tələbləri:
- Ali və ya texniki orta ixtisas təhsili;
- Texniki avadanlıqlarla işləmək üzrə minimum 1 il iş təcrübəsi (qazanxana, nasos, təzyiq, su sistemi və s. sahələr üzrə);
- Qazanxana sistemləri, su təchizatı, qaz xətləri və digər kommunal sistemlər üzrə bilik və bacarıqlar;
- Avadanlıqlara texniki baxış, texniki xidmət və planlı profilaktik tədbirlərin həyata keçirilməsi bacarığı;
- Texniki ölçmə cihazları və nəzarət alətləri ilə işləmə bacarığı;
- Yüksək məsuliyyət, dəqiqlik və çevik qərarvermə bacarığı
- Stressə davamlı və gərgin iş rejimində işləmək bacarığı;
- Fərdi və komanda ilə işləmə bacarığı;
İş şəraiti:
- İs yeri: Gəncə şəhəri;
- İş vaxtı: növbəli iş qrafikinə uyğun;
- Peşəkar,mehriban komandada iş;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.