Şirkət: “BBC SƏNAYE SANİTARİYA LABORATORİYASI” MMC
Şəhər: Bakı
Ünvan: Nərimanov rayonu, AFEN Plaza biznes mərkəzi, 5-ci mərtəbə, ofis №13
Məşğulluq növü: Tam ştat
Vəzifə öhdəlikləri:
- Şirkətdə keyfiyyət idarəetmə sisteminin qurulması, tətbiqi, saxlanılması və davamlı təkmilləşdirilməsinin təmin edilməsi;
- Fəaliyyətin AZS ISO 17020:2021 və digər müvafiq normativ sənədlərin tələblərinə uyğunluğuna nəzarət;
- Prosedur, təlimat, forma və digər daxili sənədlərin hazırlanması, yenilənməsi və idarə olunması;
- Daxili auditlərin, monitorinqlərin və yoxlamaların planlaşdırılması, keçirilməsi və nəticələr üzrə hesabatların hazırlanması;
- Uyğunsuzluqların, risklərin, təhlükəli halların və şikayətlərin araşdırılması, düzəldici və qabaqlayıcı tədbirlərin icrasına nəzarət;
- Ölçmə, inspeksiya və əməliyyat proseslərinin müvafiq standartlara, metodikalara və qanunvericilik tələblərinə uyğunluğunun təmin edilməsi;
- Ölçmə cihazlarının vaxtında kalibrasiya və yoxlamaya göndərilməsinə, sertifikatların aktual saxlanılmasına nəzarət;
- İşçilər üçün keyfiyyət üzrə maarifləndirmə, daxili təlim və təlimatlandırma proseslərində iştirak;
- Rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi və zərurət olduqda aidiyyəti qurumlarla əməkdaşlıq.
Namizədə tələblər:
- Ali təhsil (mühəndislik, əməyin mühafizəsi, ekologiya, sənaye təhlükəsizliyi, keyfiyyətin idarə olunması və ya uyğun sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- ISO 17020 standartı üzrə biliklər; ISO 9001, ISO 17025, ISO 45001 standartları haqqında anlayış (sertifikatların olması üstünlükdür);
- Keyfiyyət idarəetmə sistemləri, daxili audit, sənədləşmə və risk əsaslı yanaşma üzrə praktik biliklər;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində normativ-hüquqi sənədlərlə işləmək bacarığı;
- Əmək Məcəlləsi üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, yüksək məsuliyyət hissi, detallara diqqət və təşkilatçılıq bacarığı;
- Komanda ilə işləmək, effektiv ünsiyyət qurmaq və rəhbərliyə hesabat vermək bacarığı;
- Rus dili – sərbəst, ingilis dili – arzuolunandır;
- Cins məhdudiyyəti yoxdur.
İş şəraiti və əmək haqqı:
- Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- İş qrafiki: həftədə 5 gün, saat 09:00–18:00.
- Müasir və rahat ofis şəraiti;
- Əmək haqqı 700 AZN-dən başlayır və namizədin bilik səviyyəsi, iş təcrübəsi və peşəkar bacarıqlarından asılı olaraq daha yüksək məbləğdə təyin oluna bilər;
- Bonus və mükafatlandırma sistemi;
- Peşəkar inkişaf və gəlir artımı imkanları.
Müraciət qaydası:
- CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin
- Məktubun mövzu hissəsində “Keyfiyyət üzrə menecer” qeyd edin.
Komandamıza qoşulun və karyeranıza etibarlı bir bazadan başlayın!