Keyfiyyət üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyət üzrə menecer

  • Deadline 28 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət: “BBC Sənayə Sanitariya Laboratoriyası” MMC  

Şəhər: Bakı  

Ünvan: Nərimanov rayonu, AFEN Plaza biznes mərkəzi, 5-ci mərtəbə, ofis №13  

Məşğulluq növü: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Şirkətdə keyfiyyət idarəetmə sisteminin qurulması, tətbiqi, saxlanılması və davamlı təkmilləşdirilməsinin təmin edilməsi;
  • Fəaliyyətin AZS ISO 17020:2021 və digər müvafiq normativ sənədlərin tələblərinə uyğunluğuna nəzarət;  
  • Prosedur, təlimat, forma və digər daxili sənədlərin hazırlanması, yenilənməsi və idarə olunması;  
  • Daxili auditlərin, monitorinqlərin və yoxlamaların planlaşdırılması, keçirilməsi və nəticələr üzrə hesabatların hazırlanması;  
  • Uyğunsuzluqların, risklərin, təhlükəli halların və şikayətlərin araşdırılması, düzəldici və qabaqlayıcı tədbirlərin icrasına nəzarət;  
  • Ölçmə, inspeksiya və əməliyyat proseslərinin müvafiq standartlara, metodikalara və qanunvericilik tələblərinə uyğunluğunun təmin edilməsi;  
  • Ölçmə cihazlarının vaxtında kalibrasiya və yoxlamaya göndərilməsinə, sertifikatların aktual saxlanılmasına nəzarət;  
  • İşçilər üçün keyfiyyət üzrə maarifləndirmə, daxili təlim və təlimatlandırma proseslərində iştirak; 
  • Rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi və zərurət olduqda aidiyyəti qurumlarla əməkdaşlıq. 

Namizədə tələblər: 

  • Ali təhsil (mühəndislik, əməyin mühafizəsi, ekologiya, sənaye təhlükəsizliyi, keyfiyyətin idarə olunması və ya uyğun sahə üzrə);  
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;  
  • ISO 17020 standartı üzrə biliklər; ISO 9001, ISO 17025, ISO 45001 standartları haqqında anlayış (sertifikatların olması üstünlükdür);  
  • Keyfiyyət idarəetmə sistemləri, daxili audit, sənədləşmə və risk əsaslı yanaşma üzrə praktik biliklər;  
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində normativ-hüquqi sənədlərlə işləmək bacarığı;  
  • Əmək Məcəlləsi üzrə biliklər;  
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;  
  • Analitik düşüncə, yüksək məsuliyyət hissi, detallara diqqət və təşkilatçılıq bacarığı;
  • Komanda ilə işləmək, effektiv ünsiyyət qurmaq və rəhbərliyə hesabat vermək bacarığı;  
  • Rus dili – sərbəst, ingilis dili – arzuolunandır;  
  • Cins məhdudiyyəti yoxdur.

İş şəraiti və əmək haqqı:

  • Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;  
  • İş qrafiki: həftədə 5 gün, saat 09:00–18:00.
  • Müasir və rahat ofis şəraiti;  
  • Əmək haqqı 900 AZN-dən başlayır və namizədin bilik səviyyəsi, iş təcrübəsi və peşəkar bacarıqlarından asılı olaraq daha yüksək məbləğdə təyin oluna bilər;  
  • Bonus və mükafatlandırma sistemi;  
  • Peşəkar inkişaf və gəlir artımı imkanları.

Müraciət qaydası:

  • CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
  • Məktubun mövzu hissəsində “Keyfiyyət üzrə menecer” qeyd edin.

Komandamıza qoşulun və karyeranıza etibarlı bir bazadan başlayın!

  • Daily107
  • Weekly540
  • Monthly107