Laboratoriya müfəttişi (Əmək mühafizəsi mühəndisi) - Təcrübə Proqramı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Laboratoriya müfəttişi (Əmək mühafizəsi mühəndisi) - Təcrübə Proqramı

  • Deadline 23 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət: "BBC SƏNAYE SANİTARİYA LABORATORİYASI" MMC

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, AFEN Plaza biznes mərkəzi 5-ci mərtəbə, ofis №13.

İşin Təsviri:

  • İstehsal mühitinin və əmək prosesinin amillərinin mövcud normalara və standartlara uyğun olaraq instrumental ölçmələrinin aparılması.
  • Əmək mühafizəsi əsaslarının öyrənilməsi və tətbiqi, təhlükəsizlik və əmək gigiyenası tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak.
  • AZS ISO 17020:2021 tələblərinə uyğun inspeksiya fəaliyyəti ilə bağlı sənədlərin hazırlanması və yenilənməsi.
  • Əmək mühafizəsi və istehsalat təhlükəsizliyi normalarına riayət olunmasını yoxlamaq üçün daxili inspeksiyalar və auditlərin keçirilməsi.
  • Ölçmə nəticələrinin təhlili və inspeksiya nəticələrinə dair hesabatların hazırlanması.
  • Akkreditasiya orqanları ilə qarşılıqlı əlaqə və xarici yoxlamalara hazırlıq.
  • Keyfiyyət sisteminin saxlanması və təkmilləşdirilməsi, risklərin idarə olunması, əmək mühafizəsi və iş şəraiti ilə bağlı problemlərin müəyyən edilməsi və həlli.

Tələblər:

  • Cins fərqi yoxdur (kişi namizədlər hərbi mükəlləfiyətli olmalı)
  • Təcrübə tələb olunmur.
  • Magistratura tələbələri (istənilən mühəndislik ixtisası), yeni məzun olmuş, karyerasına möhkəm əsasla başlamaq istəyən şəxslər.
  • İngilis dili ən azı Upper-Intermediate səviyyəsində, Rus dili arzuolunandır.
  • Kompüter bacarıqları (MS Office).
  • Komandada işləmək bacarığı, yaxşı kommunikasiya qabiliyyətləri.
  • Kritik və analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik, detallara diqqət, təşəbbüskarlıq.

İş Şəraiti:

  • Həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək.
  • Nahar təmin edilmir; yemək və istirahət üçün mətbəx və lazımi şərait var.
  • Müqavilə rəsmi bağlanır, əmək haqqı kartla ödənilir.
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, AFEN Plaza biznes mərkəzi 5-ci mərtəbə, ofis №13.
  • Əmək haqqı 500 manatdan başlayır, namizədin şəxsi və professional qabiliyyətindən asılı olaraq dəyişə bilər. 
  • Bonus və mükafat sistemi mövcuddur.

Necə Müraciət Etmək Olar:

  • CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
  • Mövzu hissəsində “Laboratoriya Müfəttişi (Əmək mühafizəsi mühəndisi) - Təcrübə Proqramı” qeyd edin.

Komandamıza qoşulun və karyeranıza möhkəm əsasla başlayın!

  • Daily80
  • Weekly368
  • Monthly2116