Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, AFEN Plaza biznes mərkəzi 5-ci mərtəbə, ofis №13.
İşin Təsviri:
- İstehsal mühitinin və əmək prosesinin amillərinin mövcud normalara və standartlara uyğun olaraq instrumental ölçmələrinin aparılması.
- Əmək mühafizəsi əsaslarının öyrənilməsi və tətbiqi, təhlükəsizlik və əmək gigiyenası tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak.
- AZS ISO 17020:2021 tələblərinə uyğun inspeksiya fəaliyyəti ilə bağlı sənədlərin hazırlanması və yenilənməsi.
- Əmək mühafizəsi və istehsalat təhlükəsizliyi normalarına riayət olunmasını yoxlamaq üçün daxili inspeksiyalar və auditlərin keçirilməsi.
- Ölçmə nəticələrinin təhlili və inspeksiya nəticələrinə dair hesabatların hazırlanması.
- Akkreditasiya orqanları ilə qarşılıqlı əlaqə və xarici yoxlamalara hazırlıq.
- Keyfiyyət sisteminin saxlanması və təkmilləşdirilməsi, risklərin idarə olunması, əmək mühafizəsi və əmək şəraiti ilə bağlı problemlərin müəyyən edilməsi və həlli.
Tələblər:
- Cins fərqi yoxdur (kişi namizədlər hərbi mükəlləfiyətli olmalı)
- Təcrübə tələb olunmur.
- Ali təhsilli (istənilən mühəndislik ixtisası), yeni məzun olmuş, karyerasına möhkəm əsasla başlamaq istəyən şəxslər.
- Rus dili səlis, İngilis dili Intermediate səviyyəsində.
- Kompüter bacarıqları (MS Office).
- Komandada işləmək bacarığı, yaxşı kommunikasiya qabiliyyətləri.
- Kritik və analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik, detallara diqqət, təşəbbüskarlıq.
İş Şəraiti: (Tam ştat)
- Həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək.
- Nahar təmin edilmir, lakin yemək və istirahət üçün mətbəx və zəruri şərait mövcuddur.
- Əmək müqaviləsi rəsmi qaydada bağlanır, əməkhaqqı isə bank kartı vasitəsilə ödənilir.
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, AFEN Plaza biznes mərkəzi 5-ci mərtəbə, ofis №13.
- Əmək haqqı 500 manatdan (net) başlayır.
- Namizəd təcrübə müddətini uğurla başa vurduqdan sonra işlə təmin ediləcək, həmçinin şəxsi və peşəkar bacarıqlarına uyğun olaraq bonus və mükafat sistemi tətbiq olunacaqdır.
Necə Müraciət Etmək Olar:
- CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
- Mövzu hissəsində “Laboratoriya Müfəttişi (Əməyin mühafizəsi mühəndisi) - Təcrübə Proqramı” qeyd edin.
Komandamıza qoşulun və karyeranıza möhkəm əsasla başlayın!