BDA komandasına sistemli və ünsiyyət bacarığı güclü bir həmkar axtarırıq.
Baku Design Academy-də həm daxili HR əməliyyatlarını idarə edəcək, həm də əməkdaş və tələbələrin inkişafına yönəlik təşəbbüsləri koordinasiya edəcək People & Development Specialist axtarırıq.
Sənin əsas məsuliyyətlərin:
- Kadr sənədlərinin düzgün və vaxtında hazırlanması (işə qəbul, işdən çıxış, məzuniyyət və s.)
- ƏMAS sistemində qeydiyyat və idarəetmə
- Yay mövsümündə komanda üçün təlim planlaması və təlimçilərlə koordinasiya
- Tələbələrin işə yönləndirilməsi, fərdi karyera məsləhətləri və partnyor şirkətlərlə əlaqə
- Ofis daxilində HR kargüzarlıq işlərinin təşkili və arxivləşmə
Namizəddən gözləntilərimiz:
- 2 il HR və ya ofis idarəçiliyi üzrə təcrübə
- ƏMAS və əmək qanunvericiliyi barədə əsas biliklər
- Təşkilatçılıq və planlama bacarığı
- İnsanlarla ünsiyyətdə güclü olmaq və yönləndirmə bacarığı
- Karyera inkişafına maraq və təşəbbüskar yanaşma
Biz təklif edirik:
- Real öyrənmə və təsir imkanları olan müasir mühit
- Rəsmi əmək müqaviləsi və şəffaf sistem
- Dinamik və ilhamverici komanda
- Əmək haqqı: 800-1000 Azn (təcrübə və bacarıqlardan asılı olaraq)
CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər, mövzu hissəsində “HR və İnkişaf üzrə Mütəxəssis” qeyd etməyi unutma!