Mühasib köməkçisi / Junior Mühasib (Təcrübə yeri — perspektivli namizədlər üçün)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib köməkçisi / Junior Mühasib (Təcrübə yeri — perspektivli namizədlər üçün)

  • Истекает 27 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baku Design Academy-nin maliyyə komandasına qoşulmaq istəyən, mühasibatlıq üzrə kurs keçmiş və praktiki təcrübə qazanmaq istəyən bir namizəd axtarırıq. Əgər sən öyrənməyə həvəsli, diqqətli və maliyyə sahəsini karyera istiqaməti seçmisənsə — bu fürsət tam sənin üçündür. Yaxşı nəticə göstərən namizədlər üçün Junior Mühasib kimi işə qəbul imkanı nəzərdə tutulur.

Vəzifə öhdəlikləri

  • Mühasibat uçotu üzrə ilkin sənədlərin işlənməsi
  • E-qaimə, hesab-faktura və təhvil-təslim aktlarının tərtibi
  • Bank əməliyyatlarının uçotu və ödəniş tapşırıqlarının hazırlanması
  • Debitor borcların izlənməsi
  • Vergi və digər dövlət portallarında ilkin əməliyyatların icrası

Tələblər

  • Maliyyə, mühasibat və ya iqtisadiyyat üzrə təhsil (tələbə və ya məzun)
  • Mühasibatlıq üzrə kurs sertifikatı (üstünlük verilir)
  • Microsoft Office (Excel) bilikləri
  • Diqqətli, məsuliyyətli və öyrənməyə açıq olmaq
  • Komanda ilə işləmə bacarığı

Şərtlər

  • Bakı şəhəri
  • Tam iş günü
  • Təcrübə Müddəti (3 ay)
  • Uğurlu təcrübə dövrünün ardından Junior Mühasib vəzifəsinə keçid imkanı 

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində " Mühasib köməkçisi - Ad Soyadınız" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly124
  • Monthly2434