Baku Design Academy Baku Design Academy
  • 107

Satış üzrə Baş Mütəxəssis / Team Lead

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə Baş Mütəxəssis / Team Lead

  • Deadline 15 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sizdən nə gözləyirik?

  • Siz sadəcə satış etməyəcəksiniz, siz satış komandasının "onurğa sütunu" olacaqsınız. Bizə rəqəmlərlə danışan, hər bir yazışmanın və zəngin keyfiyyətinə cavabdehlik daşıyan lider lazımdır.

Əsas öhdəliklər:

  • Keyfiyyətə nəzarət: Satış mütəxəssislərinin yazışma və zənglərinə (həm kəmiyyət, həm də keyfiyyət üzrə) gündəlik nəzarət etmək.
  • SLA Menecment: Müştərilərlə ünsiyyət dövrünü və cavablandırma sürətini izləmək. Şirkətin daxili SLA standartlarının (məsələn, 15 dəqiqə qaydası) icrasını təmin etmək və bu standartların təkmilləşdirilməsində iştirak etmək.
  • Mürəkkəb müştərilər: Çətin və mürəkkəb müştərilərlə danışıqları öz üzərinə götürmək, prosedurları idarə etmək.
  • B2B Satışlar: Korporativ müştərilərlə yazışmalar aparmaq və B2B satış prosesini idarə etmək.
  • Nümunəvi Satış: Lazım gəldikdə birbaşa müştəri ilə ünsiyyətə girmək və satışı bağlamaq (Closing).

Namizədə dair tələblər:

  • Məsuliyyət və Ownership: İşi "öz işi kimi" mənimsəmə bacarığı.
  • Təşəbbüskarlıq: Problemi sadəcə qeyd etmək deyil, onun həlli yolunu təklif etmək.
  • Çeviklik: Dəyişən bazar şərtlərinə və yeni daxili sistemlərə (CRM, yeni skriptlər) sürətlə uyğunlaşmaq.
  • İntellektual yanaşma: Müştərinin ehtiyacını anlamaq və ona "satış" deyil, "həll" təqdim etmək.
  • Dürüstlük: Həm komanda, həm də rəhbərliklə münasibətlərdə tam şəffaflıq.
  • Təcrübə: Satış sahəsində ən azı 2 il, komanda idarəetməsində isə minimum 1 il iş təcrübəsi.
  • Azərbaycan dilində səlis və peşəkar ünsiyyət (yazılı və şifahi) bacarığı;
    Rus və ya İngilis dili bilikləri üstünlükdür."
  • CRM sistemləri və hesabatlılıq alətləri (məsələn, Looker Studio, Excel) ilə işləmə bacarığı.
  • Stressə davamlılıq, gərgin iş rejimində fokusunu itirməmək və komandanı hədəfə yönləndirmək qabiliyyəti.

Biz nə təklif edirik?

  • Şəhərin mərkəzində müasir ofis və kreativ mühit.
  • Sistemli iş prosesi və peşəkar inkişaf imkanı.
  • Nəticəyə əsaslanan motivasiya sistemi.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.
  • Şəffaf hesabatlılıq sistemi və peşəkar idarəetmə mühiti

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Satış üzrə Team Lead | Ad Soyadınız" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız seçilmiş namizədlərlə 10 iş günü ərzində əlaqə saxlanılacaqdır.

  • Daily7
  • Weekly579
  • Monthly1385