Senior Satış Mütəxəssisi

  • Истекает 27 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sizdən nə gözləyirik?

Biz sadəcə "satıcı" axtarmırıq. Bizə müştərini anlayıb, ona doğru həlli təqdim edə bilən və satışınəticəyə çatdıran peşəkar lazımdır.

Əgər siz:

  • Müştərinin əsl ehtiyacını 5 dəqiqədə tapa bilirsinizsə,
  • Etirazları ilk 30 saniyədə dəyərlə əvəzləyə bilirsinizsə,
  • Satışın texnologiya olduğunu bilib, öz nəticələrinizi rəqəmlərlə ölçməyi sevirsinizsə, — bu rol sizin üçündür.

Əsas öhdəliklər:

  • Lid emalı: Sosial şəbəkələr, zənglər və yazışmalar üzrə daxil olan müştərilərlə çalışmaq,onları konsultasiyaya və müqaviləyə gətirmək.
  • Konsultasiya aparmaq: müştərinin karyera məqsədlərini anlamaq, ona uyğun kursu-peşəni seçməsində kömək etmək.
  • Satış bağlamaq (Closing) müqavilə imzalanması, ödəniş qaydalarının razılaşdırılması.
  • Mütamadi Follow-up: "Düşünür", "Geri dönüş edəcək" statusundakı müştərilərlə sistemli işləmək.
  • CRM-də dəqiq qeydlər aparmaq: hər bir müştəri ilə ünsiyyət, növbəti addımlar, nəticələr CRM-də qeyd olunmalıdır.
  • Komanda ilə bilik paylaşmaq: yaxşı işləmiş skriptlər, yeni etirazlar, müştəri tipləri haqqında müşahidələrinizi komanda ilə bölüşmək.

Namizədə dair tələblər:

Mütləq: 

  • Satışda ən azı 2 il təcrübə (təhsil, xidmət, sığorta, bank və ya uzun satış dövrü olan sahələrdə).
  • Azərbaycan dilində səlis və peşəkar ünsiyyət (yazılı və şifahi).
  • CRM sistemləri ilə işləmə təcrübəsi.
  • Rəqəmlərlə düşünmək: öz konversiyanızı, orta çekinizi, satışdan satışa dövrünü biliyiniz.
  • Etirazlarla işləmə bacarığı.
  • Müştərinin ehtiyacını anlamaq və ona "satış" deyil, "həll" təqdim etmək.

Üstünlük olaraq:

  • Təhsil, kurs, treninq satışı təcrübəsi.
  • Rus və ya İngilis dili.

​​​​​​​Biz nə təklif edirik?

  • Şəhərin mərkəzində müasir ofis və kreativ mühit.
  • Rəqabətli əmək haqqı: Fiks + performansa bağlı bonus sistemi.
  • Şəffaf KPI: nəyə görə nə qədər qazanacağınızı ilk gündən bilirsiniz.
  • Sistemli iş prosesi və peşəkar inkişaf imkanı.
  • İnkişaf perspektivi: yüksək nəticə göstərən mütəxəssislər üçün daha böyük rollara keçid imkanı.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Senior Satış Mütəxəssisi - Ad Soyadınız" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız seçilmiş namizədlərlə 10 iş günü ərzində əlaqə saxlanılacaqdır.

  • Daily54
  • Weekly178
  • Monthly2488