İşə qəbul üzrə aparıcı mütəxəssis

  • Deadline 4 December 2025

Baku Electronics hal-hazırda “Işə qəbul üzrə aparıcı mütəxəssis” vakansiyasına namizəd axtarışındadır! Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!

Xüsusi tələblər:

  • İnsan Resursları, Biznesin İdarəolunması və ya əlaqəli sahədə ali təhsil dərəcəsi;
  • İşə qəbul sahəsində ən azı 2 il təcrübə;
  • LinkedIn Recruiter və digər axtarış alətləri ilə effektiv iş təcrübəsi;
  • MS Excel və HR sistemlərində məlumatların toplanması, təhlili və hesabatların hazırlanması üzrə orta səviyyədə biliklər;
  • Yüksək səviyyədə kommunikasiya qabiliyyəti və komandada işləmə bacarığı;
  • Data əsaslı qərarvermə qabiliyyəti, nəticəyönümlü yanaşma və proaktiv iş prinsipi;

Vəzifə öhdəlikləri:

  • Vakansiya üzrə tələbləri struktur rəhbərləri ilə birgə müəyyənləşdirmək və işə qəbul prosesini effektiv şəkildə idarə etmək;
  • Karyera səhifəsi, ixtisaslaşmış axtarış platformaları, sosial media və digər mənbələrdən istifadə edərək uyğun namizədlərin aktiv şəkildə axtarılması və cəlb olunmasını təmin etmək;
  • Struktur rəhbərləri ilə sıx və davamlı əməkdaşlıq quraraq istedad ehtiyaclarının proaktiv şəkildə qarşılanmasına töhfə vermək;
  • İşə qəbul prosesinə dair əsas performans göstəricilərini izləmək, təhlil etmək və nəticələrə əsasən aylıq hesabatlar hazırlamaq;
  • Namizəd təcrübəsinin yüksəldilməsi məqsədilə yeni yanaşmalar təklif etmək və tətbiqini təmin etmək;
  • Çətin doldurulan və strateji əhəmiyyətə malik vakansiyalar üçün istedad ehtiyatı formalaşdırmaq və qabaqlayıcı strategiyaları həyata keçirmək;
  • İşə qəbul funksiyasına töhfə verən daxili layihələrdə (employer branding, onboarding, təlim, təkmilləşdirmə və s.) aktiv şəkildə iştirak etmək və innovativ yanaşmalar irəli sürmək.

Müvafiq tələblərə uyğun olan namizədlər Müraciət et düyməsində qeyd olunan link vasitəsi ilə müraciət edə bilərlər: 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

  • Daily141
  • Weekly368
  • Monthly389