Vəzifə funksiyaları
- Gecikmiş borcu olan müştərilərlə telefon vasitəsilə əlaqə yaratmaq;
- Borcun ödənilməsi üçün müştəri ilə danışıqlar aparmaq və razılaşmalar əldə etmək;
- Borcun ödənişinə nəzarət etmək, qeydləri vaxtında sistemə daxil etmək;
- Ödəniş etməyən müştərilərə yazılı xəbərdarlıq və bildirişlərin göndərilməsini təşkil etmək;
- Müştərinin gecikməyə düşmə səbəblərini araşdırmaq və rəhbərliyə yazılı formada hesabat vermək;
- Əməliyyat proqramında gündəlik görülən işlərin qeydiyyatını aparmaq;
- Digər struktur bölmələrlə (satış, hüquq, kassalar və s.) koordinasiyalı işləmək;
Digər şərtlər
- Ali və ya orta ixtisas təhsili
- Yaxşı səviyyədə telefonla ünsiyyət bacarığı
- Azərbaycan dilində səlis danışıq, rus dili arzuolunandır
- MS Office proqramlarında işləmə bacarığı
- Nizam-intizamlılıq, məsuliyyət və operativlik
- Münaqişəli vəziyyətləri həll etmə bacarığı
Müraciət etmək üçün Müraciət Et düyməsində göstərilən link-ə keçid alın.