Vəzifə funksiyaları
- Şirkətin müştərilər ilə qarşılıqlı əlaqə nöqtələrinin təhlili və inkişaf etdirilməsi istiqamətində təkliflər hazırlamaq və layihələri həyata keçirmək;
- Müştəri məmnuniyyətinin artırılması üzrə strateji tədbirlər planının hazırlanmasında və icrasında aktiv iştirak etmək;
- Müştəri müraciətlərini və rəylərini analiz etmək, təkrarlanan problemlərin və kök səbəblərin aşkar olunması üzrə hesabatlar hazırlamaq;
- Müştəri Məmnuniyyəti, Əlaqə Mərkəzi və digər müvafiq şöbələrlə sıx əməkdaşlıq edərək proseslərdə ortaq həll yolları tapmaq;
- Şöbə əməkdaşlarının aylıq və rüblük fəaliyyətinin dəyərləndirilməsi (keyfiyyət qiymətləndirilməsi) prosesində iştirak etmək;
- Həftəlik, aylıq və rüblük analitik hesabatları tərtib edərək departament rəhbərliyinə təqdim etmək;
- Əməkdaşlar üçün təlimatların, iş qaydalarının və standartların hazırlanmasında/yenilənməsində iştirak etmək, eyni zamanda daxili təlimlərin keçirilməsinə dəstək olmaq.
Tələblər
- Ali təhsil;
- Müştəri təcrübəsi (CX), Müştəri Xidmətləri və ya Xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində 1-2 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (Rus dili biliyi arzuolunandır);
- MS Office (xüsusilə Excel-də data analizi, pivot tables və təqdimatlar hazırlamaq bacarığı);
- Analitik düşüncə, data ilə işləmək və hesabatlılıq bacarığı;
- Problem həll etmə və prosesləri optimallaşdırma qabiliyyəti.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.