İş yeri: Bakı, Ağ Şəhər – İlqar Mirzəyev küç. 6
İş qrafiki: 5 günlük | Əmək haqqı: müsahibənin nəticəsinə əsasən.
Aviabilet, tur, viza və korporativ satışlar üzrə gəlir–xərc–marja zəncirini idarə etmək, debitor/kreditor risklərini azaltmaq, təchizatçı və subagent hesablaşmalarını sistemləşdirmək, cash-flow proqnozlarını və rəhbərlik hesabatlarını hazırlamaq.
Əsas vəzifə öhdəlikləri (turizm spesifik):
- Satış və marja nəzarəti: aviabilet/tur/viza/korporativ satışlar üzrə dövriyyə, servis haqqı, komissiya/mark-up, endirim və kampaniyaların marjaya təsirinin analizi.
- Pass-through və avanslar: müştəri adından təchizatçıya ötürülən məbləğlərin (pass-through) ayrıca izlənməsi; depozit/avansların hansı rezervasiyaya aid olduğunun nəzarəti.
- Təchizatçılarla hesablaşmalar: avia/otel/DMC/wholesaler üzrə kreditor borcların aging-i, ödəniş qrafiki, statement–uçot üzləşdirməsi; fərqlərin (fare, komissiya, cərimə, servis haqqı və s.) bağlanması.
- Subagent & korporativ debitor: limit/avans nəzarəti, gecikmələrin səbəb analizi, borc yaşlandırması (0–7 / 8–15 / 16–30 / 31+ gün) və həftəlik risk icmalı.
- Refund / void / exchange: geri qaytarmaların və dəyişikliklərin maliyyə təsiri; cərimə/penalty və servis haqqı ayrımı; açıq refund-ların bağlanma planı.
- Bank, valyuta, cash-flow: gündəlik bank qalıqları, valyuta məzənnələri, kurs fərqləri; həftəlik 13-həftəlik cash-flow proqnozu və prioritet ödəniş siyahısı.
- Hesabatlılıq: aylıq P/L və plan–fakt sapma analizi, rəhbərlik üçün hesabatlar hazırlamaq
- Təchizatçılar üzrə kreditor borcların yaşlandırılması (aging) və ödəniş təqviminin hazırlanması (günlük/haftəlik).
- Təchizatçılarla statement–uçot–bank üzləşdirməsi aparmaq; fərqləri (fare/tax, komissiya, servis haqqı, cərimə, dəyişiklik rüsumu və s.) aşkar edib bağlamaq.
- Ödənişdən əvvəl nəzarət (3 mərhələli): müqavilə/şərt → faktura/statement → bank çıxarışı (təkrar ödəniş və sənədsiz ödəniş riskinin sıfırlanması).
- Təchizatçı avansları/depozitləri üzrə uçot: hansı rezervasiya/voucher ilə bağlıdır, nə vaxt bağlanmalıdır, riskli avansların siyahısı.
- Müqavilə şərtlərinə uyğun olaraq prepayment, cancellation deadline, no-show və digər cərimələrin maliyyə təsirini izləmək və riskləri öncədən bildirmək.
- Kritiki təchizatçılar üzrə gecikmə riskini izləmək (bloklama/rezervasiya dayandırılması riski) və vaxtında eskalasiya etmək.
- Həftənin ilk iş günü kreditor ödəniş planı + risk icmalı hazırlayıb Maliyyə Müdiri və rəhbərliyə təqdim etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Maliyyə / Mühasibat / İqtisadiyyat üzrə ali təhsil
- Turizm/travel sahəsində maliyyə və ya mühasibatlıq üzrə təcrübə (avia/tur/viza/korporativ hesablaşma üstünlükdür)
- MS Excel – bilikləri
- 1C və ya analoji proqramlarla işləmə bacarığı
- Analitik düşüncə, detallara diqqət, proses intizamı, məxfilik
- Azərbaycan dili – yüksək; rus/ingilis dili üstünlükdür
Müraciət:
Uyğun namizədlərdən xahiş olunur, mövzu hissəsində “Aparıcı Maliyyəçi (Turizm)” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.