Aviabilet satışı üzrə mütəxəssis

  • Истекает 20 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baku Holiday Travel şirkəti “Aviabilet satışı üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir

Turizm sahəsində inkişaf edən komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Aviabilet satışı üzrə mütəxəssis axtarırıq.

Namizədə tələblər

  • Turizm sahəsində minimum 1–3 il iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilməsi;
  • Satış bacarıqlarının yüksək olması, müştəri ilə effektiv ünsiyyət qurmaq qabiliyyəti;
  • Səlis nitq, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Komandada işləmək və stress altında qərar vermək bacarığı;
  • Turizm sistemləri və B2B platformalarla işləmə təcrübəsi;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.

Vəzifə öhdəlikləri

  • Müştərilərin istəyinə uyğun daxili və beynəlxalq reyslərə biletlərin bronlaşdırılması və satışı.
  • Uçuş cədvəllərini, qiymətləri və mövcudluğu yoxlamaq.
  • Qrup və fərdi rezervasiyaların idarə olunması.
  • Tələbata əsasən bir neçə hava yolu üzrə qiymət təhlili aparmaq.
  • Müştərilərə uçuşlarla bağlı məlumatların verilməsi (uçuş vaxtı, baqaj qaydaları, tranzit qaydaları və s.)
  • Sifarişlərlə bağlı yaranan problemlərin operativ həlli.
  • Geri qaytarma, dəyişiklik və digər xidmətlərin həyata keçirilməsi.
  • Amadeus, Galileo, Sabre və digər GDS (Global Distribution System) sistemlərində işləmək. Şirkətin daxili rezervasiya sistemində sifarişlərin qeydiyyatı və idarəsi.
  • Satılan biletlərə dair gündəlik və aylıq hesabatların hazırlanması. Statistik məlumatların rəhbərliyə təqdim edilməsi.
  • Müvafiq sənədlərin düzgün tərtibi və arxivləşdirilməsi. Hava yolları və IATA qaydalarına uyğun işləmək.

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü + şənbə qısa və  növbəli gün;
  • İş saatı: 09:00 - 18:00; 10:00 - 19:00;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
  • Peşəkar və inkişaf yönümlü iş mühiti;
  • Turizm sahəsində karyera inkişaf imkanı.

Tələblərə uyğun namizədlər mövzu hissəsində “Aviabilet satışı üzrə mütəxəssis” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily121
  • Weekly243
  • Monthly1952