Kiçik Qrafik Dizayner

  • Истекает 12 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baku Holiday Travel komandası Kiçik Qrafik Dizayner vakansiyası elan edir.

Əgər dizayn sahəsinə marağınız, vizual düşüncə bacarığınız və kreativ materialların hazırlanmasına həvəsiniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri

  • Sosial media platformaları üçün kreativ və cəlbedici vizualların hazırlanması
  • BHT.AZ saytı üçün brendə uyğun dizayn materiallarının hazırlanması və mövcud vizual materialların təkmilləşdirilməsi
  • Reklam kampaniyaları və marketinq materialları üçün dizaynların hazırlanması
  • Brend standartlarına uyğun kreativ vizual həllərin hazırlanması
  • AI alətlərindən istifadə etməklə dizayn proseslərinin optimallaşdırılması

Namizədə tələblər

  • Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi
  • Adobe Photoshop və Illustrator proqramlarını yaxşı səviyyədə bilməsi
  • Adobe InDesign, Figma və ya digər dizayn alətləri üzrə bilik üstünlükdür
  • Kompozisiya, rəng nəzəriyyəsi və tipoqrafiya üzrə biliklər
  • AI alətlərindən effektiv istifadə bacarığı
  • Kreativ düşüncə və müasir dizayn trendlərini izləmək bacarığı
  • Detallara diqqət və vaxtın effektiv idarə olunması
  • Komandada işləmək və güclü ünsiyyət bacarığı

Biz nə təklif edirik?

  • Dinamik və peşəkar iş mühiti
  • Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
  • Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
  • Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti

Tələblərə uyğun namizədlər CV və portfolio-larını mövzu hissəsində “Kiçik Qrafik Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily4
  • Weekly628
  • Monthly2074