Namizədə dair tələblər:
- Ali təhsil;
- Korporativ müştərilərlə iş üzrə 2 il və üzəri təcrübə
- Məntiqi və analitik düşünmə tərzi,təşəbbüskarlıq;
- Əla səviyyədə Azərbaycan dili,rus və ingilis dili biliyi yüksək
- Ünsiyyətcil, işgüzar, səlis və aydın danışıq qabiliyyətinin olması;
- Biznes danışıqları aparmaq və təqdimat bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı
Vəzifə öhdəlikləri:
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə uzunmüddətli əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
- Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun turizm xidmətlərinin təklif edilməsi
- Təklifin nəticəsinin izlənilməsi,razılaşdırılması,təklif əsasında müqavilənin, sənədlərin hazırlanması;
İş barədə məlumat:
- İş günləri : Həftənin 5 günü
- İş vaxtı: 09:00-dan 18:00-dək
- Əmək haqqı: 1500 AZN (gross) + bonus
- Ünvan: İsmayıl Bəy Qutqaşınlı 507-511, Altes plaza, Baku Holiday Travel
Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Korporativ satış mütəxəssisi” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərməyi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.