Müştəri xidmətləri üzrə mütəxəssis

  • Истекает 30 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baku Holiday Travel şirkəti “Müştəri xidmətləri üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. Turizm sahəsində inkişaf edən komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Müştəri xidmətləri üzrə mütəxəssis axtarırıq.

Namizədə tələblər

  • Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
  • Sahə üzrə ən az 1 il iş təcrübəsi;
  • Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;
  • Problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı və müstəqil olaraq tapşırıqları yerinə yetirmək bacarığı;
  • Məlumatların dəqiq və vaxtında emal olunması bacarığı;

Vəzifə öhdəlikləri

  • Müştəri xidmətlərinə gələn zənglərin cavablandırılması və sosial şəbəkələrdə olan sorğuların idarə olunması;
  • Şirkətin rəsmi vebsaytından gələn rezervasiya müraciətlərinə dəstək və yönləndirmə edilməsi;
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
  • Müxtəlif sorğuların keçirilməsində iştirak edilməsi;
  • Daxil olan zəngləri danışıq skriptlərinə uyğun şəkildə cavablandırılması;
  • Müştərilərə məhsul və xidmətlər, eləcə də mövcud kampaniyalar haqqında düzgün və dolğun məlumat verilməsi.;
  • Məhsul və xidmətlərlə bağlı mütəxəssis dəstəyinə ehtiyac olduqda müştərilərin müvafiq qaydada yönləndirilməsi.

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü + şənbə qısa və  növbəli gün;
  • İş saatı: 09:00 - 18:00 ; 10:00 - 19:00
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
  • Peşəkar və inkişaf yönümlü iş mühiti;
  • Turizm sahəsində karyera inkişaf imkanı.

Müraciət qaydası

Tələblərə uyğun namizədlər mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily13
  • Weekly188
  • Monthly13