Baku Holiday Travel Baku Holiday Travel
  • 390

Müştəri Xidmətləri üzrə Mütəxəssis/Baş Mütəxəssis (Call Center)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müştəri Xidmətləri üzrə Mütəxəssis/Baş Mütəxəssis (Call Center)

  • Deadline 2 August 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baku Holiday Travel komandası Müştəri Xidmətləri üzrə Mütəxəssis/Baş Mütəxəssis (Call Center) vakansiyası elan edir.

Əgər səbirli ünsiyyət, aydın danışıq və müştərinin sualına dəqiq cavab tapmaq sizin güclü tərəfinizdirsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri

  • Daxil olan zənglərin, mesajların və müştəri müraciətlərinin vaxtında cavablandırılması
  • Müştərilərin tur paketləri, aviabiletlər, viza, transfer və digər xidmətlərlə bağlı ilkin məlumatlandırılması
  • Müraciətlərin aidiyyəti üzrə düzgün şöbə və əməkdaşlara yönləndirilməsi
  • Buraxılmış zənglər üzrə müştərilərlə geri əlaqənin yaradılması
  • Müştəri məlumatlarının və müraciətlərin CRM sisteminə düzgün daxil edilməsi
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin qorunması
  • Sorğu və şikayətləri vaxtında həll etmək, lazım olduqda aidiyyəti şöbəyə yönləndirmək
  • Günlük müraciətlərin izlənilməsi və rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi

Namizədə tələblər

  • Ali təhsil (turizm, menecment və ya digər əlaqəli sahələr üzrə təhsil almış namizədlərə üstünlük veriləcək)
  • Call Center sahəsində minimum 2 il iş təcrübəsi
  • CRM sistemləri ilə iş təcrübəsi
  • Azərbaycan və rus dillərində səlis ünsiyyət (ingilis dili üstünlükdür)
  • Omnichannel kanallar (telefon, e-mail, WhatsApp/messenger və s) üzrə iş təcrübəsi
  • Aydın diksiya və peşəkar ünsiyyət bacarığı
  • Müştəri yönümlü yanaşma və stresli vəziyyətlərdə düzgün davranış bacarığı
  • Komandada işləmək və operativ qərarvermə bacarığı
  • Kompüter və ofis proqramları ilə işləmə bacarığı

Biz nə təklif edirik?

  • Dinamik və peşəkar iş mühiti
  • Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
  • Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
  • Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Xidmətləri üzrə Mütəxəssis/Baş Mütəxəssis (Call Center)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily97
  • Weekly477
  • Monthly1540