Qeydiyyatçı (Reception)

  • Истекает 15 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baku Holiday Travel komandası Qeydiyyatçı (Reception) vakansiyası elan edir.

Əgər qonaqlarla ünsiyyət, təşkilatçılıq və ofisdə peşəkar qarşılanma mühitinin yaradılması sizin güclü tərəfinizdirsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri

  • Ofisə daxil olan qonaqların və müştərilərin nəzakətlə qarşılanması və müvafiq əməkdaşa yönləndirilməsi
  • Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şöbələrə yönləndirilməsi
  • Görüşlərin qeydiyyatının aparılması və görüş otaqlarının hazırlanmasının koordinasiyası
  • Daxil olan və göndərilən sənədlərin, məktubların və kuryer çatdırılmalarının qəbul edilməsi və yönləndirilməsi
  • Qonaq və müraciət məlumatlarının müvafiq qeydiyyat sisteminə düzgün daxil edilməsi
  • Resepşn və gözləmə zonasının səliqəli, təqdimata uyğun və işlək vəziyyətdə saxlanılması
  • Ofisə giriş-çıxış prosesinin və qonaq qəbulunun daxili qaydalara uyğun təşkil edilməsi
  • Ofis ləvazimatları və gündəlik inzibati ehtiyaclarla bağlı məsul əməkdaşlara məlumat verilməsi
  • İnzibati işlər bölməsinin gündəlik təşkilati işlərinə dəstək göstərilməsi

Namizədə tələblər

  • Kollec və ya ali təhsil
  • Qeydiyyatçı (Reception), administrator, müştəri xidmətləri və ya oxşar vəzifə üzrə minimum 6 ay iş təcrübəsi
  • Azərbaycan dilində səlis ünsiyyət bacarığı, rus dili biliyi üstünlük hesab olunur
  • Aydın diksiya, nəzakətli davranış və peşəkar ünsiyyət bacarığı
  • Təqdimatlı və səliqəli xarici görünüş
  • Müştəri və qonaq yönümlü yanaşma
  • Komandada işləmək və məxfi məlumatlarla düzgün davranmaq bacarığı
  • Kompüter və Microsoft Office proqramları ilə işləmə bacarığı

Biz nə təklif edirik?

  • Dinamik və peşəkar iş mühiti
  • Turizm sektorunda təcrübə qazanmaq və inkişaf etmək imkanı
  • Əməkdaşlığın və təşəbbüskarlığın dəstəkləndiyi komanda mühiti

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Qeydiyyatçı (Reception)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly483
  • Monthly1546