Baku Holiday Travel şirkəti “Tour Manager” vəzifəsi üzrə vakansiya elan edir! Turizm sahəsində inkişaf edən komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Tour Manager axtarırıq.
Namizədə tələblər
- Turizm sahəsində minimum 1–3 il iş təcrübəsi
- Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilməsi
- Satış bacarıqlarının yüksək olması, müştəri ilə effektiv ünsiyyət qurmaq qabiliyyəti
- Səlis nitq, təqdimat və danışıqlar aparmaq bacarığı
- Komandada işləmək və stress altında qərar vermək bacarığı
- Turizm sistemləri və B2B platformalarla işləmə təcrübəsi
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
Vəzifə öhdəlikləri
- Xarici tur paketlərinin planlaşdırılması, təşkili və satışı
- Müştərilərdən daxil olan sorğuların operativ və peşəkar şəkildə cavablandırılması
- Müştəri ehtiyaclarına uyğun otel, aviabilet, transfer və digər xidmətlərin seçilməsi və bron edilməsi
- Müştəri bazasının genişləndirilməsi və yeni satış imkanlarının araşdırılması
- Satışdan sonra xidmət keyfiyyətinə nəzarət və müştəri məmnuniyyətinin təmin edilməsi
- B2B sistemlərdə rezervasiyaların idarə olunması
- CRM sistemində məlumatların düzgün qeyd edilməsi
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
İş şəraiti
- İş qrafiki: Həftədə 5 iş günü + şənbə qisa və növbəli gün
- İş saatı: 09:00 \ 10:00 – 18:00 \ 19:00
- Əmək haqqı + satış bonusları
- Peşəkar və inkişaf yönümlü iş mühiti
- Turizm sahəsində karyera inkişaf imkanı
Müraciət qaydası
Tələblərə uyğun namizədlər mövzu hissəsində “Tour Manager” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.