Tour Manager

  • Истекает 30 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baku Holiday Travel şirkəti “Tour Manager” vəzifəsi üzrə vakansiya elan edir! Turizm sahəsində inkişaf edən komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Tour Manager axtarırıq.

Namizədə tələblər

  • Turizm sahəsində minimum 1–3 il iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilməsi;
  • Satış bacarıqlarının yüksək olması, müştəri ilə effektiv ünsiyyət qurmaq qabiliyyəti;
  • Səlis nitq, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Komandada işləmək və stress altında qərar vermək bacarığı;
  • Turizm sistemləri və B2B platformalarla işləmə təcrübəsi;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.

Vəzifə öhdəlikləri

  • Xarici tur paketlərinin planlaşdırılması, təşkili və satışı;
  • Müştərilərdən daxil olan sorğuların operativ və peşəkar şəkildə cavablandırılması;
  • Müştəri ehtiyaclarına uyğun otel, aviabilet, transfer və digər xidmətlərin seçilməsi və bron edilməsi;
  • Müştəri bazasının genişləndirilməsi və yeni satış imkanlarının araşdırılması;
  • Satışdan sonra xidmət keyfiyyətinə nəzarət və müştəri məmnuniyyətinin təmin edilməsi;
  • B2B sistemlərdə rezervasiyaların idarə olunması;
  • CRM sistemində məlumatların düzgün qeyd edilməsi;
  • Həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü + şənbə qısa və  növbəli gün;
  • İş saatı: 09:00 - 18:00 ; 10:00 - 19:00;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
  • Peşəkar və inkişaf yönümlü iş mühiti;
  • Turizm sahəsində karyera inkişaf imkanı.

Müraciət qaydası

Tələblərə uyğun namizədlər mövzu hissəsində “Tour Manager” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily49
  • Weekly224
  • Monthly49