Baku Holiday Travel şirkəti “Tour Manager” vəzifəsi üzrə vakansiya elan edir
Turizm sahəsində inkişaf edən komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Tour Manager axtarırıq.
Namizədə tələblər
- Turizm sahəsində minimum 1–3 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilməsi;
- Satış bacarıqlarının yüksək olması, müştəri ilə effektiv ünsiyyət qurmaq qabiliyyəti;
- Səlis nitq, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Komandada işləmək və stress altında qərar vermək bacarığı;
- Turizm sistemləri və B2B platformalarla işləmə təcrübəsi;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
Vəzifə öhdəlikləri
- Xarici tur paketlərinin planlaşdırılması, təşkili və satışı;
- Müştərilərdən daxil olan sorğuların operativ və peşəkar şəkildə cavablandırılması;
- Müştəri ehtiyaclarına uyğun otel, aviabilet, transfer və digər xidmətlərin seçilməsi və bron edilməsi;
- Müştəri bazasının genişləndirilməsi və yeni satış imkanlarının araşdırılması;
- Satışdan sonra xidmət keyfiyyətinə nəzarət və müştəri məmnuniyyətinin təmin edilməsi;
- B2B sistemlərdə rezervasiyaların idarə olunması;
- CRM sistemində məlumatların düzgün qeyd edilməsi;
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
İş şəraiti
- İş qrafiki: Həftədə 5 iş günü + şənbə qısa və növbəli gün;
- İş saatı: 09:00 - 18:00; 10:00 - 19:00;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Turizm sahəsində karyera inkişaf imkanı.
Tələblərə uyğun namizədlər mövzu hissəsində “Tour Manager” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.