Baku Holiday Travel Baku Holiday Travel
  • 511

Tur üzrə Satış Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tur üzrə Satış Meneceri

  • Deadline 3 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baku Holiday Travel komandası nəticələri ilə danışan Tur üzrə Satış Meneceri vakansiyası elan edir.

Sizdən - satış. Bizdən - hazır müştəri sorğuları, tam marketinq dəstəyi və nəticəyə bağlı komissiya.

Sizi nə gözləyir

  • Hazır lead axını - daxil olan sorğuları satışa çevirirsiniz
  • Tam marketinq və call center dəstəyi - müştəri cəlbi şirkətin üzərindədir
  • Dünya üzrə destinasiya portfeli - satış coğrafiyanız məhdud deyil
  • Sabit əmək haqqı 1600 AZN + satışdan komissiya - yuxarı hədd öz satış nəticənizdən asılıdır
  • Beynəlxalq turizm sahəsində real karyera inkişafı

Vəzifə öhdəlikləri

  • Daxil olan sorğuları operativ cavablandırmaq, müştərinin ehtiyacını düzgün müəyyən edərək uyğun tur paketini satmaq
  • Fərdi və qrup turlarını hazırlamaq və satışını tamamlamaq
  • Aylıq satış hədəflərini icra etmək
  • Otel, aviabilet, transfer və sığorta rezervasiyalarını həyata keçirmək
  • Müştərilərə səyahət qaydaları və tur proqramları barədə məlumat vermək
  • Partnyor otellər, tur operatorları və aviaşirkətlərlə koordinasiyalı işləmək
  • Tur zamanı yaranan məsələləri operativ həll etmək
  • Satışları 1C proqramında qeydə almaq, həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək

Namizədə tələblər

  • Ali təhsil (turizm və ya menecment ixtisası üstünlükdür)
  • Turizm satışında minimum 3 il təcrübə və konkret satış nəticələri
  • Şəxsi satış portfeli və ya korporativ müştəri bazası
  • Tur operatorlarının B2B rezervasiya sistemləri və otel bron platformaları (bedbank) ilə iş təcrübəsi
  • Populyar turizm destinasiyaları üzrə geniş bilik
  • Azərbaycan dilində sərbəst yazı və danışıq; rus və ingilis dillərində minimum B2 səviyyə
  • Aylıq satış hədəfi ilə işləmək və nəticələr üzrə hesabatlılıq təcrübəsi

Üstünlükdür

  • Minimum 5 fam trip, workshop, travel expo və beynəlxalq turizm tədbirlərində iştirak təcrübəsi
  • Geniş coğrafiyanı əhatə edən şəxsi səyahət təcrübəsi
  • Amadeus, Galileo kimi GDS sistemləri ilə tanışlıq

İş şəraiti

  • Növbəli qrafik: bir həftə 5 günlük, növbəti həftə 6 günlük iş rejimi
  • İş saatları: 09:00–18:00 və ya 10:00–19:00

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tur üzrə Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily46
  • Weekly149
  • Monthly166