Baku Holiday Travel Baku Holiday Travel

VIP Müştərilər üzrə Menecer (Turizm sektoru)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

VIP Müştərilər üzrə Menecer (Turizm sektoru)

  • Deadline 30 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin VIP müştərilərinə fərdi yanaşma əsasında yüksək səviyyəli turizm xidmətlərinin təşkili
  • VIP müştərilər üçün fərdi turlar, istirahət paketləri və xüsusi səyahət proqramlarının hazırlanması
  • Müştərilərin istək və ehtiyaclarını analiz edərək uyğun təkliflərin verilməsi
  • Mövcud VIP müştəri bazasının idarə olunması və yeni müştərilərin cəlb edilməsi
  • Yüksək səviyyədə müştəri məmnuniyyətinin təmin olunması və loyallığın artırılması
  • Beynəlxalq otellər, aviaşirkətlər və xidmət tərəfdaşları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Namizədə tələblər:

  • Turizm sahəsində minimum 1 il iş təcrübəsi (VIP müştərilərlə iş təcrübəsi üstünlükdür)
  • Azərbaycan , rus dili , ingilis dillərində səlis danışıq 
  • Xoş görünüşlü, yüksək ünsiyyət və təqdimat bacarığı
  • Komandada və fərdi şəkildə işləmək bacarığı
  • Müştəri yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti
  • Operativ və məsuliyyətli iş prinsipi
  • Turizm sistemləri (Amadeus, Galileo, Sabre və s.) ilə işləmə bacarığı üstünlükdür

Təklif edirik:

  • Rəqabətli əməkhaqqı və bonus sistemi
  • Özünü inkişaf etdirmək üçün təlim və seminarlar
  • Prestijli müştərilərlə işləmək imkanı
  • Karyera yüksəlişi üçün imkanlar
  • İş günləri: Həftənin 5 iş günü
  • İş vaxtı: 10:00-dan 19:00-dək 
  • Əməkhaqqı: 2000 AZN 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “VIP Müştərilər üzrə Menecer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily88
  • Weekly180
  • Monthly916