Viza satışı üzrə mütəxəssis

  • Истекает 30 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baku Holiday Travel şirkəti “Viza satışı üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. Turizm sahəsində inkişaf edən komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Viza satışı üzrə mütəxəssis axtarırıq.

Namizədə tələblər

  • Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
  • Sahə üzrə ən az 1 il iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
  • Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;
  • Problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı və müstəqil olaraq tapşırıqları yerinə yetirmək bacarığı;
  • Məlumatların dəqiq və vaxtında emal olunması bacarığı;
  • Coğrafi biliklərinin yaxşı olması.

Vəzifə öhdəlikləri

  • Müştərilərdən gələn sorğulara uyğun olaraq viza xidmətlərinin göstərilməsi;
  • Viza anketlərinin tam doldurulması və səyahət sığortaların yazılması;
  • Viza xidmətləri üçün təkliflərin hazırlanması;
  • Səfirlik və Konsulluqlarla email, telefon vasitəsilə əlaqələrin qurulması, məlumatların dəqiqləşdirilməsi,viza datalarının toplanması və yoxlanması;
  • Şengen, Avropa, Asiya, Amerika istiqamətlərinə viza dəstəyinin göstərilməsi.

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü + şənbə qısa və  növbəli gün;
  • İş saatı: 09:00 - 18:00 ; 10:00 - 19:00
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
  • Peşəkar və inkişaf yönümlü iş mühiti;
  • Turizm sahəsində karyera inkişaf imkanı.

Müraciət qaydası

Tələblərə uyğun namizədlər mövzu hissəsində “Viza satışı üzrə mütəxəssis” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily131
  • Weekly171
  • Monthly1980