Baku Hotel Company Baku Hotel Company
  • 165

Qeydiyyatçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qeydiyyatçı

  • Deadline 27 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş haqqında məlumat:

  • Struktur bölmə: İdman şöbəsi/Satış və müştəri xidmətləri bölməsi
  • İş yeri – Kempinski Bayıl Bay binasında yerləşən Bayıl Bay fitnes və SPA
  • Ünvan – Bayıl qəsəsbəsi, Qurban Abbasov küçəsi 5
  • İş rejimi: 5 gün, Dəyişən qrafik üzrə (həftədə 2 istirahət günü ilə)
  • Əmək haqqı: 600 AZN (net)
  • Könüllü tibbi sığorta (sınaq müddətindən sonra)

Namizədlər üçün tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı səviyyədə ünsiyyət bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • 1C proqramı üzrə biliklərin olması;
  • Yüksək ünsiyyət və müştəri xidməti bacarıqları;
  • Gülərüz, məsuliyyətli və komandada işləmək bacarığı;
  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • İdman mərkəzinə gələn üzvlərin və qonaqların qarşılanması və qeydiyyatının aparılması;
  • İdman mərkəzinin xidmətləri, üzvlük paketləri və fəaliyyət qaydaları haqqında məlumatın təqdim edilməsi;
  • Potensial müştərilərin müraciətlərinin qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
  • Daxil olan telefon zənglərinin və sorğuların cavablandırılması;
  • Üzvlük məlumatlarının müvafiq qeydiyyat sistemində düzgün və vaxtında yenilənməsi;
  • Mərkəzin xidmətləri və məşq proqramları haqqında üzvlərin məlumatlandırılması;
  • Müştəri müraciətlərinin və şikayətlərinin qəbul edilərək müvafiq şəxslərə yönləndirilməsi;
  • Qeydiyyat zonasının səliqəli və təqdimata uyğun vəziyyətdə saxlanılması;
  • Şirkətin daxili qaydalarına və xidmət standartlarına riayət edilməsi;
  • Birbaşa rəhbərin vəzifəyə uyğun digər tapşırıqlarının yerinə yetirilməsi.

Müraciət etmək istəyən namizədlər mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.*

  • Daily40
  • Weekly290
  • Monthly2264