Müştəri Xidmətləri üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müştəri Xidmətləri üzrə Mütəxəssis

  • Deadline 26 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur bölmə: Əməliyyat Departamenti

İş haqqında məlumat:

  • İş rejimi: 5 gün, 09:00–18:00
  • Əmək haqqı: Müsahibə əsasında
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Könüllü tibbi sığorta

Vəzifə tələbləri:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahə üstünlükdür)
  • Satış və ya müştəri xidmətləri sahəsində minimum 1–3 il iş təcrübəsi
  • Azərbaycan, ingilis və rus dillərini sərbəst bilmək
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Müştəri yönümlülük və nəticəyə fokuslanma
  • MS Office proqramlarında işləmək bacarığı
  • Komandada və müstəqil işləmə qabiliyyəti
  • Satış və müştəri xidməti istiqaməti üzrə sertifikat/lisenziya üstünlükdür

Vəzifə öhdəlikləri:

  • Satış planlarının icrasında aktiv iştirak etmək və aylıq/illik satış hədəflərinə nail olmaq
  • Bazar araşdırması aparmaq, rəqibləri və bazar vəziyyətini təhlil etmək
  • Korporativ müştərilərlə sıx əməkdaşlıq qurmaq
  • Müştəri bazasının yenilənməsi və satış hesabatlarının hazırlanması
  • Müştərilərlə peşəkar ünsiyyət qurmaq, müraciət və sorğuları operativ cavablandırmaq
  • Müştəri şikayətlərinin araşdırılması və həlli istiqamətində tədbirlər görmək
  • Yeni müştərilərin qarşılanması və xidmət prosesinin koordinasiyası
  • Xidmət keyfiyyətinə və şirkət standartlarına riayət olunmasına nəzarət etmək
  • Müştəri məmnuniyyətinin artırılması istiqamətində təşəbbüslər irəli sürmək
  • Satış və xidmət prosesində digər şöbələrlə effektiv əməkdaşlıq etmək
  • Sənədləşmə və müqavilə proseslərinə nəzarət etmək
  • Hesablaşma və maliyyə şöbəsi ilə koordinasiyalı işləmək
  • Daxili prosedur və qaydalara riayət etmək

Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Satış və Müştəri Xidmətləri üzrə Mütəxəssis" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily5
  • Weekly604
  • Monthly2494