Satış üzrə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə baş mütəxəssis

  • Deadline 15 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur bölmə: Əməliyyat Departamenti
İş haqda məlumat:

  • İş rejimi: 5 gün, 09:00-18:00;
  • Əmək haqqı: 1200-1500 (bilik və bacarıqdan asılı olaraq);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Könüllü tibbi sığorta;

Vəzifə tələbləri:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahə üstünlükdür)
  • Satış və ya müştəri xidmətləri sahəsində minimum 3-5 il iş təcrübəsi
  • Azərbaycan, ingilis (sərbəst bilmək) və rus dili (yaxşı)
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Müştəri yönümlülük və nəticəyə fokuslanma
  • MS Office proqramlarında işləmək bacarığı
  • Komandada və müstəqil işləmə qabiliyyəti
  • Sertifikat/vəsiqə/lisenziya: Satış və müştəri xidməti istiqamət üzrə üstünlükdür;

Vəzifə öhdəlikləri:

  • Satış planlarının icrasında aktiv iştirak etmək və aylıq/illik satış hədəflərinə nail olmaq
  • Bazar araşdırması aparmaq, rəqibləri və bazar vəziyyətini təhlil etmək
  • Korporativ müştərilərlə sıx əməkdaşlıq qurmaq
  • Müştəri bazasının yenilənməsi və satış hesabatlarının hazırlanması
  • Müştərilərlə peşəkar ünsiyyət qurmaq, müraciət və sorğuları operativ cavablandırmaq
  • Müştəri şikayətlərinin araşdırılması və həlli istiqamətində tədbirlər görmək
  • Yeni müştərilərin qarşılanması və xidmət prosesinin koordinasiyası
  • Xidmət keyfiyyətinə və şirkət standartlarına riayət olunmasına nəzarət etmək
  • Müştəri məmnuniyyətinin artırılması istiqamətində təşəbbüslər irəli sürmək
  • Satış və xidmət prosesində digər şöbələrlə effektiv əməkdaşlıq etmək
  • Sənədləşmə və müqavilə proseslərinə nəzarət etmək
  • Hesablaşma və maliyyə şöbəsi ilə koordinasiyalı işləmək
  • Daxili prosedur və qaydalara riayət etmək

Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Satış üzrə baş mütəxəssis" qeyd etməklə CV-lərini Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily0
  • Weekly475
  • Monthly1605