Şöbə: Qida və içki
Ünvan: Xəqani Rüstəmov küç, 4C, Bakı şəh., Azərbaycan
İşin təsviri:
- Tədbirdən əvvəl hazırlıq zamanı və ya tədbir keçirilən gün texnika və kommunikasiya ehtiyacları ilə bağlı müştərilərə yardımçı olmaq;
- Tədbir keçirilən əraziyə gələn, texnika və kommunikasiya vasitələrini quraşdıran tədbir təşkilatçılarını qarşılamaq;
- Xüsusi texnika və kommunikasiya vasitələri ehtiyaclarının ödənilməsi üçün müştəri tərəfindən seçilmiş kənar podratçıları istiqamətləndirmək (köməklik göstərmək);
- Tədbir proqramında razılaşdırılmış və icarəyə verilmiş, Boulevard Hotel Baku otelinə məxsus audio-video texnika və kommunikasiya vasitələrinin planlaşdırılması və quraşdırılması, quraşdırılma işlərinin tədbirin başlanmasından ən azı 1 saat əvvəl sona çatdırılmasını təmin etmək;
- Otel tərəfindən təklif edilən bütün texnika və kommunikasiya vasitələri, o cümlədən səs, işıqlandırma, proyeksiya avadanlıqları və internet xidmətləri (lakin bunlarla məhdudlaşmamaq şərti ilə) haqqında ətraflı məlumata malik olmaq;
- Otel tərəfindən təklif edilən bütün texnika və kommunikasiya avadanlıqları üçün müntəzəm texniki xidmət təşkil etmək;
- Bütün avadanlıqlar üçün ehtiyat hissələrin təchizatını təmin etmək (məs. LCD proyektorun başlıqları və s.). Belə ehtiyat hissələrin inventarlaşdırılması tələb olunur;
- Tədbirdən sonra otelə məxsus bütün avadanlıqların demontaj edilməsi və anbara yerləşdirilməsini təmin etmək;
- Texnologiya və kommunikasiya vasitələrinə nəzarət otağında təmizlik və texniki təhlükəsizliyi təmin etmək;
- Hər hansı avadanlığın işləməməsi ilə bağlı menecerə məlumat vermək və müvafiq profilaktik texniki yoxlama işlərini həyata keçirmək.
Namizədə olan tələblər
- Texniki təhsil;
- Texniki təhlükəsizlik, yanğınsöndürmə avadanlıqları barədə biliklər;
- Peşəkar səviyyədə AV avadanlıqlarının, Fərdi kompüterlərin / noutbukların qurulması və işə salınması bacarıqları;
- Mövcüd AV avadanlıqlarına (servis) xidmət göstərmə bacarıqları;
- Təmir və lehimləmə işlərinin aparılması baçarıqları;
- Sxemlərin, mikrosxemlərin iş prinsipini və funksiyalarını bilməli;
- Azərbaycan-dilini bilməli, Rus və İngilis-dilini bilmək arzu olunandır;
- Sadalanan avadanlıqlar barədə biliklər üstünlük hesab edilir: Crestron, Symetrix, KanexPro, Rane, Denon, AMP, Shure, HP, Bosch;
- Məsuliyyət və icraçılıq;
- Peşəyə maraq, texniki sahədə özünü inkişaf etdirmək arzusu.
Interested Candidates, please send your CV with subject “Audio/Video Texnik” to the e-mail address until November 15, 2024. Only shortlisted candidates will be invited to the further stages of the recruitment process.