BakuPay MMC Komplayens üzrə mütəxəssis vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Fintex fəaliyyətinin mövcud qanunvericilik və tənzimləyici tələblərə uyğunluğunun təmin edilməsi
- Risklərin qiymətləndirilməsi və komplayens risklərinin idarə olunması
- Şübhəli əməliyyatların aşkarlanması, təhlili və qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanlarına (məs. Maliyyə Monitorinqi Xidməti) hesabatların hazırlanması və təqdim edilməsi
- Mərkəzi Bank ilə yazışmaların və hesabatların hazırlanması
- Daxili audit və yoxlamalarda iştirak
- Yeni məhsul və xidmətlər üzrə komplayens rəyinin verilməsi
Tələblər:
- Hüquq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- Fintex, bank və ya maliyyə sektorunda minimum 2 il komplayens təcrübəsi
- Azərbaycan qanunvericiliyini və tənzimləyici aktları bilmək
- Analitik düşünmə və detallara diqqət
- Azərbaycan dili – səlis, Rus dili – yaxşı səviyyədə
İş şəraiti
- Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək
- İş rejimi: 09:00-18:00 ( həftədə 5 gün)
- İş yeri: Malibo Residence
Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.