BakuPay MMC Risklərin idarə edilməsi üzrə mütəxəssis vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin ümumi risk idarəetmə strategiyasının hazırlanması və həyata keçirilməsi
- Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin kompleks idarə olunması
- Risk idarəetmə siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi
- Risklərin ölçülməsi, monitorinqi və hesabatlılıq sistemlərinin qurulması
- Risk limitlərinin müəyyən edilməsi və nəzarət mexanizmlərinin tətbiqi
- AML/CFT və digər tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi
- Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsi
- Daxili audit və uyğunluq (compliance) bölmələri ilə koordinasiyanın təmin edilməsi
- Rəhbərliyə müntəzəm risk hesabatlarının təqdim edilməsi
- Risk komandası üzvlərinin idarə olunması, inkişafı və performansının qiymətləndirilməsi
Tələblər:
- Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil
- Risklərin idarə olunması, bankçılıq və ya FinTek sahəsində minimum 5 il iş təcrübəsi
- Rəhbər vəzifədə ən azı 2-3 il təcrübə
- Risk idarəetmə çərçivələri (ERM, Basel və s.) üzrə dərin biliklər
- Analitik və strateji düşünmə qabiliyyəti
- Maliyyə modelləşdirmə və risk analiz alətləri üzrə təcrübə
- SQL, Excel, BI alətləri və ya proqramlaşdırma bilikləri (Python/R) üstünlükdür
İş şəraiti
- Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək
- İş rejimi: 09:00-18:00 ( həftədə 5 gün)
- İş yeri: Malibo Residence
Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.