Baku Pay Baku Pay
  • 478

Baku Pay

Capital Markets

Risklərin idarə edilməsi üzrə şöbə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risklərin idarə edilməsi üzrə şöbə müdiri

  • Deadline 17 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Fintek sahəsində fəaliyyət göstərən və innovativ maliyyə həlləri təqdim edən şirkətimiz risklərin effektiv idarə olunması və dayanıqlı inkişaf strategiyasını gücləndirmək məqsədilə peşəkar namizəd axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin ümumi risk idarəetmə strategiyasının hazırlanması və həyata keçirilməsi
  • Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin kompleks idarə olunması
  • Risk idarəetmə siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi
  • Risklərin ölçülməsi, monitorinqi və hesabatlılıq sistemlərinin qurulması
  • Risk limitlərinin müəyyən edilməsi və nəzarət mexanizmlərinin tətbiqi
  • AML/CFT və digər tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi
  • Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsi
  • Daxili audit və uyğunluq (komplayens) bölmələri ilə koordinasiyanın təmin edilməsi
  • Rəhbərliyə müntəzəm risk hesabatlarının təqdim edilməsi
  • Risk komandası üzvlərinin idarə olunması, inkişafı və performansının qiymətləndirilməsi

Tələblər:

  • Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil 
  • Risklərin idarə olunması, bankçılıq və ya FinTek sahəsində minimum 5 il iş təcrübəsi
  • Rəhbər vəzifədə ən azı 2-3 il təcrübə
  • Risk idarəetmə çərçivələri (ERM, Basel və s.) üzrə dərin biliklər
  • Analitik və strateji düşünmə qabiliyyəti
  • Maliyyə modelləşdirmə və risk analiz alətləri üzrə təcrübə
  • SQL, Excel, BI alətləri və ya proqramlaşdırma bilikləri (Python/R) üstünlükdür

İş şəraiti

  • Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək
  • İş rejimi: 09:00-18:00 ( həftədə 5 gün)
  • İş yeri: Malibo Residence

Namizədlər CV-lərini  vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly615
  • Monthly1708