Tələblər:
- Uyğun sahə üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi;
- Layihələrin təqvim üzrə planlaşdırılması bacarığı;
- Kompüter bilikləri: AutoCAD, Lira (Tekla Structures arzuolunandır);
- Tikintidə müəllif nəzarətinin aparılması üzrə təcrübə (mütləqdir);
- Məsuliyyətli, dəqiq, işi vaxtında və keyfiyyətlə təhvil vermək bacarığı;
- Müstəqil və komanda daxilində işləmək bacarığı;
- Həftədə və ya iki həftədən bir Naxçıvana müəllif nəzarəti məqsədilə ezam olunmaq imkanı.
Vəzifə öhdəlikləri:
- İnşaat konstruksiyalarının (metal və dəmir-beton konstruksiyalar) hesabatlarının və çertyojlarının hazırlanması;
- Metal, dəmir-beton və taxta konstruksiyalar, həmçinin avadanlıqlar üzrə konstruktiv hesabat və çertyojların hazırlanması;
- Tikinti-quraşdırma işlərinin layihə və konstruktiv həllərə uyğunluğunun müəllif nəzarəti çərçivəsində yoxlanılması;
- Aşkar edilmiş uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üzrə müvafiq konstruktiv həllərin hazırlanması;
- Həftədə və ya iki həftədən bir Naxçıvana müəllif nəzarəti məqsədilə ezamiyyətə getmək.
İş şəraiti:
- Əmək haqqı: 2300 AZN + razılaşma yolu ilə;
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
- Ünvan: A. Cəlilov küçəsi 20.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Konstruktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur