Namizədə tələblər
- Cinsi: Kişi və ya qadın
- Yaş həddi: 25–40 yaş
- Təhsil: Minimum orta ixtisas və ya orta təhsil, ali təhsil üstünlükdür.
- Anbar əməliyyatları, qeydiyyat və ya ERP sistemləri ilə işləmə sahəsində minimum 1 il iş təcrübəsi.
- ERP sistemi və MS Office proqramları ilə işləmək bacarığı.
- İngilis və rus dili bilikləri arzuolunandır.
Tələb olunan bacarıqlar
- Məişət avadanlıqları (soyuducu, paltaryuyan, qabyuyan və digər məişət texnikaları) haqqında ilkin anlayışa malik olmalıdır.
- ERP sistemi və ofis proqramlarından sərbəst istifadə etməlidir.
- Nizam-intizamlı olmalıdır.
- Komanda ilə işləmək bacarığına malik olmalıdır.
- Stressə davamlı olmalıdır.
- Analitik düşünmə və diqqətlilik bacarığına malik olmalıdır.
Şəxsi keyfiyyətlər
- Məsuliyyətli olmalıdır.
- Komanda ilə işləmək bacarığı olmalıdır.
- Punktual olmalıdır.
- Etik davranış qaydalarına riayət etməlidir.
- Şirkətdaxili nizam-intizam və davamiyyət qaydalarına əməl etməlidir.
Vəzifə öhdəlikləri
- Anbarda məhsulların hərəkəti ilə bağlı sənədləri hazırlamaq və sistem üzərindən qeydiyyatını aparmaq.
- Məhsulların sistem üzrə hərəkətini izləmək, qeydiyyata almaq və əməliyyatları sonlandırmaq.
- Məhsulların hərəkət cədvəlini yoxlamaq, analiz etmək və uyğunsuzluqları müəyyənləşdirmək.
- Məhsul qalıqlarını nəzarətdə saxlamaq, hərəkət cədvəlləri əsasında hesabatlar hazırlamaq.
- Daxil olan müraciətləri araşdırmaq və vaxtında cavablandırmaq.
- ERP sistemində məlumatların düzgün və operativ şəkildə işlənməsini təmin etmək.
İş şəraiti
- İş qrafiki: 6 günlük
- İş saatları:
- Bazar ertəsi – Cümə: 09:00 – 17:00
- Şənbə: qısa iş günü
- İstirahət günü: Bazar
- İş yeri: Baku Service Company
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Samsung binası (Omid ilə üzbəüz)
- Əmək haqqı: 700 AZN
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "Anbar əməliyyatçısı" qeyd edərək göndərə və ya 055 255 47 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.