Namizədə tələblər
- Bəyaz məişət texnikalarının təmiri və quraşdırılması sahəsində 1–3 il iş təcrübəsi;
- Elektronika və mexanika üzrə baza bilikləri;
- Müxtəlif markalı məişət texnikalarının iş prinsiplərini bilmək;
- Məsuliyyətli, dəqiq və səliqəli işləmək bacarığı;
- Müştərilərlə etik və nəzakətli ünsiyyət qurmaq bacarığı;
- Sürücülük vəsiqəsinin olması arzuolunandır.
İş barədə məlumat
- Bəyaz məişət texnikalarının (paltaryuyan, soyuducu, qabyuyan maşın, kondisioner, qaz və elektrik sobaları və s.) diaqnostikası, təmiri və quraşdırılmasını həyata keçirmək;
- Müştərilərin ünvanında və ya servis mərkəzində texniki xidmət göstərmək;
- Texniki nasazlıqların səbəbini müəyyən etmək və operativ şəkildə aradan qaldırmaq;
- Ehtiyat hissələrinin dəyişdirilməsini və cihazların işlək vəziyyətə gətirilməsini təmin etmək;
- Görülən işlər barədə hesabat təqdim etmək.
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi;
- İş saatları: 09:00–18:00 (növbəli) ;
- İstirahət günü: Bazar günü;
- Rəsmiləşdirmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq.
Vakansiya sayı: 3 nəfər
Tələblərə cavab verən namizədlər mövzu hissəsində “Texnik” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.