Servis Koordinatoru / Servis Nəzarətçisi

  • Истекает 13 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Bakı Service Company məişət texnikasının quraşdırılması və təmiri üzrə fəaliyyət göstərən komandamıza məsuliyyətli və operativ Servis Koordinatoru / Servis Nəzarətçisi axtarırıq.

Vəzifənin əsas məqsədi:

  • Servis sifarişinin qəbulundan başlayaraq texnikin təyinatı, müştəriyə səfəri, diaqnostika və təmir prosesinin izlənilməsi, işin tamamlanması və müştəri məmnuniyyətinə qədər bütün prosesə nəzarət etmək.

Əsas vəzifələr:

  • Daxil olan servis sifarişlərinin texniklər arasında düzgün bölüşdürülməsi;
  • Texniklərin gündəlik fəaliyyətinə və iş qrafikinə nəzarət;
  • Hər bir sifarişin başlanğıcdan sona qədər sistem üzərindən izlənilməsi;
  • Gecikmiş və tamamlanmamış sifarişlərin operativ şəkildə təqib edilməsi;
  • Texniklərin müştəriyə vaxtında getməsinə nəzarət;
  • Görülən işlərin keyfiyyətinin və servis standartlarına uyğunluğunun yoxlanılması;
  • Təkrar müraciətlərin və zəmanət problemlərinin araşdırılması;
  • Müştəri şikayətlərinin qəbul edilməsi və həllinin təşkil olunması;
  • Problemli sifarişlər üzrə texniklərlə əlaqə saxlanılması və lazımi qərarların verilməsi;
  • Texniklərin məhsuldarlığının və iş keyfiyyətinin monitorinqi;
  • Gündəlik və aylıq KPI hesabatlarının hazırlanması;
  • Servis proqramında sifariş statuslarının vaxtında və düzgün qeyd edilməsinə nəzarət;
  • Rəhbərliyə servis prosesləri haqqında mütəmadi hesabat təqdim edilməsi.

Namizədə tələblər:

  • Servis, texniki xidmət və ya məişət texnikası sahəsində iş təcrübəsi;
  • Texniklərlə işləmək və onların fəaliyyətinə nəzarət etmək bacarığı;
  • Güclü təşkilatçılıq və problem həll etmə bacarığı;
  • Operativ qərar qəbul etmək qabiliyyəti;
  • Müştərilərlə düzgün və peşəkar ünsiyyət;
  • MS Office, xüsusilə Excel üzrə yaxşı bilik;
  • CRM / servis proqramları ilə işləmək təcrübəsi üstünlükdür;
  • Azərbaycan dili – əla;
  • Rus dili – yaxşı səviyyədə;
  • Texniki təhsil və məişət texnikası sahəsində təcrübə üstünlükdür.

 İş şərtləri:

  • İş yeri: Bakı
  • Tam iş günü
  • Əmək haqqı: 1,000–1,300 AZN + KPI bonus
  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar inkişaf və karyera imkanları

Tələb olunan keyfiyyətələrə cavab verən şəxslər Cv – lərini mövzu hissəsində “Servis Koordinatoru” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily8
  • Weekly582
  • Monthly1180