Elektron, ev-məişət avadanlıqlarla iş sahəsində Texnik vəzifəsi üzrə uğurlu karyera qurmaq istəyən və peşəkar iş mühitində çalışaraq biliklərini artırmaq və real iş təcrübəsi qazanmaq istəyən gəncləri “Təcrübəçi texnik” vəzifəsinə dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Böyük və kiçik məişət texnikasının (soyuducu, paltaryuyan, qabyuyan, ət çəkən, ütü, mətbəxt sobası və.s) diaqnostikasını və təmirini öyrənir;
- Məişət texnikasının istifadə qaydalarını, quraşdırma, tənzimləmə işlərini, ehtiyat hissələrin kodlar vasitəsilə təyin etməyi və sifariş etməyi öyrənir;
- Müştərilərlə ünsiyyət qurmağı və məişət texnikasının funksiyaları haqqında təlimatlandırılması qaydalarını öyrənir.
Tələblər:
- Ali və ya orta təhsil;
- MS Office proqram biliyi;
- Səlis Azəzrbaycan dili (rus dili arzu olunandır);
- Aktivlik, operativlik və problemləri tez həll etmə bacarığı;
- Gərgin iş şəraitində işləmə bacarığı, vaxtın düzgün idarə edilməsi və komanda ilə işləmək qabiliyyəti;
- Yaş həddi: 20-35.
Nə təklif edirik:
- Müsahibədən keçən şəxslərə teorik və proaktiv təlimin keçirilməsi;
- Təlimi uğurla başa vuran ən yaxşı namizədlərə isə müvafiq sahədə karyera qurmaq imkanı;
- Peşəkar inkişaf üçün geniş imkanlar;
- Yaradıcı və dinamik komanda ilə əmakdaşlıq imkanı;
- 6 ay müddətində şirkət tərəfindən ödəniş edilməklə təlim;
- Təlim müddəti ərzində nahar və uniforma şirkət tərəfindən təmin edilir;
- 5 günlük iş həftəsi, saat 09:00-17:00-dək;
- İstirahət günləri – şənbə və bazar günləri.
Xahiş olunur CV-ləriniz göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edməklə elektron poçt ünvanına göndərə bilərsiniz.