Vəzifə öhdəlikləri:
- Elektrik layihələrinin hazırlanmasına və icrasına nəzarət etmək;
- Elektrik yüklərinin və məsafəyə uyğun olaraq elektrik kabellərinin en kəsiyinin hesablanmasını aparmaq;
- Avadanlıqların elektrikə dair sxem və detallarını anlamaq;
- Elektrik dövrələrinin qurulması və sınaqdan keçirilməsini təmin etmək;
- Elektrik avadanlıqlarında baş verən nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- Konstruktor sənədlərinin tərtib olunması üzrə müvafiq standartların tələblərini bilmək;
- Transformatorların sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyası barədə biliklərə malik olmaq;
- Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşunu və sxemlərini bilmək;
- Paylayıcı qurğular və onların elementləri — açarlar, ayırıcılar, ölçü transformatorları, rele mühafizə sistemləri və s. haqqında ətraflı məlumatlı olmaq;
- Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
Namizədə tələblər:
- Ali təhsil (elektrik və ya elektroenergetika mühəndisliyi ixtisası üzrə);
- Elektrik mühəndisliyi sahəsində minimum 1 il iş təcrübəsi (daha çox təcrübəyə malik olan namizədlərə üstünlük verilir);
- Rus və ingilis dillərini bilmə bacarığı arzuolunandır;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- Normativ və texniki sənədlərlə işləmək bacarığı.
Digər məlumatlar:
- İş yeri: Baku Steel Company, “Azərboru” İstehsalat Sahəsi, Sumqayıt şəhəri.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.