Baku Steel Company CJSC Baku Steel Company CJSC
  • 273

Keyfiyyətə Nəzarət Şöbəsinin rəis müavini (Sumqayıt)

Keyfiyyətə Nəzarət Şöbəsinin rəis müavini (Sumqayıt)

  • Deadline 29 Oktyabr 2026

Təsvir

  • İstehsal olunan məhsulların və satın alınan xammalın keyfiyyətinə nəzarət prosesini təşkil etmək;
  • İstehsalat Sınaq Laboratoriyasının fəaliyyətinə rəhbərlik etmək, sınaqların düzgün icrasını və nəticələrin etibarlılığını təmin etmək;
  • Zay məhsul və uyğunsuzluqların səbəblərini təhlil etmək, kök səbəb analizi aparmaq və düzəldici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Müştəri şikayətləri və reklamasiya hallarının araşdırılmasını təşkil etmək;
  • Laboratoriyanın ISO/IEC 17025 tələblərinə uyğun akkreditasiya prosesini təşkil etmək və auditlər zamanı laboratoriyanı təmsil etmək;
  • Ölçmə və sınaq vasitələrinin kalibrlənməsi və metroloji nəzarətini təmin etmək;
  • SAP ERP sistemi üzərindən keyfiyyətə nəzarət proseslərinin və məlumatların düzgün qeydiyyatını izləmək;
  • Keyfiyyətə nəzarət proseslərinin davamlı təkmilləşdirilməsini təmin etmək;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətini idarə etmək və iş bölgüsünü təşkil etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək.

Tələblər

  • Metallurgiya, standartlaşdırma və metrologiya, idarəetmə və ya uyğun texniki istiqamət üzrə ali təhsil;
  • Keyfiyyətə nəzarət sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
  • Metallurgiya, materialşünaslıq və polad istehsalı prosesləri üzrə güclü texniki biliklər;
  • Mexaniki sınaqlar, kimyəvi və spektral analizlər üzrə bilik və təcrübə;
  • ISO 9001 və ISO/IEC 17025 standartları üzrə bilik və tətbiq bacarığı;
  • ISO 14001 və ISO 45001 standartları üzrə biliklərin olması üstünlükdür;
  • Uyğunsuzluqların idarə olunması, kök səbəb analizi və düzəldici tədbirlərin hazırlanması bacarığı;
  • Komanda idarəetməsi, analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək.

İş yeri: Sumqayıt şəhəri

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;
  • Korporativ nömrə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily124
  • Weekly365
  • Monthly2704